Accessibility links

Cənubi Afrika hərbi nümayəndə heyəti Rusiyada döyüş hazırlıqlarını müzakirə edir


Cənubi Afrikanın əsas müxalifət partiyası Moskvada yüksək səviyyəli müdafiə heyətinin nəyə görə əməkdaşlıq və döyüş hazırlığının müzakirə etdiyinə aydınlıq gətirilməsini tələb edir. Bu xəbər ABŞ səfirinin Cənubi Afrikanı Rusiyaya silah satmaqda ittiham etməsindən bir neçə gün sonraya təsadüf edir.

Demokratik Alyansın müdafiə üzrə sözçüsü və qanunverici Kobus Marais Cənubi Afrika ordusunun rəisi, general-leytenant Lourens Mbatanın rəhbərlik etdiyi nümayənfə heyətinin səfərinin elan edilmədiyini deyib.

"Bu, ANC hökumətinin diplomatik və ticarət dilemmamıza qarşı həssaslığını bir daha nümayiş etdirir" deyən Marais "səfərin Cənubi Afrika hökumətinin Rusiyaya dəstəyini açıq və utanmadan nümayiş etdirmə silsiləsinin sonuncusudur" - deyə, bildirib.

ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Brigeti keçən həftə Cənubi Afrikanın Rusiyaya silah tədarük etdiyinə canıilə mərcə girəcəyini deməsi ilə manşetlərə çıxmışdı.

Müdafiə və hərbi veteranlar üzrə kölgə naziri olan Marais bildirib ki, Demokratik Alyansın Brigetinin istinad etdiyi şeylərlə bağlı kəşfiyyat məlumatları var. O deyib ki, dekabr ayında Simon Taun Dəniz Bazasına yerləşdirilən rus “Lady R” adlı yük gəmisinə uniformalı adamlar tərəfindən qorunmağa layiq bir şey yüklənib.

Cənubi Afrika rəsmiləri Rusiya prezidenti Vladimir Putinin blokdakı tərəfdaş ölkələri: Braziliya, Rusiya, Hindistan və Çin liderləri üçün keçirdiyi BRİKS sammitində ev sahibliyi edib-etməmək barədə qərar verməyə çalışır.

XS
SM
MD
LG