Accessibility links

Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib


"Nəfəs LGBTI+ Azərbaycan Alyansı"nın tədbiri
"Nəfəs LGBTI+ Azərbaycan Alyansı"nın tədbiri

"Nəfəs LGBTI+ Azərbaycan Alyansı" və "Qıy vaar!" platforması 17 May - Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə gününə (IDAHOBIT) həsr olunmuş tədbir keçirib.

Tədbirdə Azərbaycanda LGBTIQ+ hüquqlarının vəziyyəti müzakirə olunub, həmçinin "Dövlətlə üz-üzə: polis bölmələri və LGBTIQ+lər" filmi nümayiş olunub.

Sevgi İsmayılbəyli, jurnalist
Sevgi İsmayılbəyli, jurnalist

Filmin müəllifi Sevgi İsmayılbəyli deyir ki, filmdə Azərbaycanda yaşayan LGBTIQ+lərin hüquqi problemlərlə üzləşdikdə dövlət orqanlarında gördükləri rəftarı, habelə, bu orqanlar tərəfindən birbaşa yaradılan hücumlar əks olunub:

"Heç kimə sirr deyil ki, Azərbaycan queerlərin rahat yaşaması üçün təhlükəli ölkədir. LGBTIQ+lər polis bölmələrində də özlərini təhlükəsizlikdə hiss eləmirlər. Lakin biz görürük ki, sırf gender kimliyinə görə onların şikayətləri nəzərə alınmır, bəzən isə orada zorakılıqla üzləşirlər. Biz isə filmdə buna diqqət çəkməyə çalışmışıq".

Gender tədqiqatçısı Lalə Mahmudova deyir ki, IDAHOBIT LGBTIQ+ insanların öz hüquqlarına diqqət çəkməsi baxımından vacib gün hesab olunur. Gender tədqiqatçısının sözlərinə görə Azərbaycanda LGBTIQ+lərin üzləşdiyi bir sıra problemlər mövcuddur.

"Azərbaycanda LGBTIQ+lər dövlət və cəmiyyət tərəfindən nəzərə alınmırlar"
please wait

No media source currently available

0:00 0:01:47 0:00

"Onlar cəmiyyət və dövlət tərəfindən nəzərə alınmırlar. LGBTIQ+lərin iş tapmasında, özlərini sərbəst şəkildə cəmiyyətdə ifadə etmək, təhsil problemləri və bir sıra problemlər mövcuddur. Bu problemlər isə həmin insanların hüquqlarının çatışmazlıqlardan yaranan problemlərə aiddir" - deyə, Mahmudova bildirib.

ILGA-Europe-un son hesabatına görə, Azərbaycan LGBTIQ+ hüquqları sahəsində 49 ölkə arasında sonuncu yerdədir. Ölkədə LGBTIQ+ vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulduğu, onların ayrıseçkiliyə məruz qaldığı bildirilib.

Azərbaycan hakimiyyəti isə vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu deyir, bu cür hesabatları qərəzli adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG