Accessibility links

Rusiya və Ukrayna taxıl daşınması paktının müddətini uzadıb


Rusiya və Ukrayna çərşənbə günü dünyada ərzaq qıtlığını azaltmaq üçün Ukrayna limanlarından Rusiyanın nəzarətində olan Qara dəniz vasitəsilə qlobal bazarlara taxıl daşınmasına icazə verən paktın müddətini (iyulun 18-dək) iki aylıq uzadıb.

İstanbulda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə keçirilən müzakirələrin 11-ci saatında əldə edilib. Müqavilənin müddəti müzakirələrin uzanmasına səbəb olub.

Türkiyə və BMT Rusiyanın Ukraynaya təcavüzündən sonra təxminən 15 ay davam edən döyüşlərə baxmayaraq, keçən ildən bəri 30 milyon tondan çox qarğıdalı, buğda və digər məhsulların daşınmasına icazə verən əvvəlki razılaşmalarda əsas rol oynayıb.

BMT-nin Baş katibi Antonio Quterreş razılaşmanı yüksək qiymətləndirərək deyib: "Qara Dəniz Təşəbbüsünün və BMT ilə Rusiya Federasiyası arasında paralel Anlaşma Memorandumunun əhəmiyyəti aydındır. Bu sazişlər qlobal ərzaq təhlükəsizliyi üçün vacibdir. Ukrayna və Rusiya məhsulları dünyanı qidalandırır".

Ukraynanın baş nazirinin müavini Oleksandr Kubrakov BMT və Türkiyəyə "ərzaq təhlükəsizliyinin gücləndirilməsi səylərinə görə minnətdarlığını bildirib.

Ötən il ərzində Rusiya bir neçə dəfə taxıl daşınması paktından çıxmaqla hədələyib və ya öz kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına daşınmasına icazə verən müddəaların yerinə yetirilmədiyini əsas gətirərək, qısa müddət üçün paktdan çıxıb.

XS
SM
MD
LG