Accessibility links

“Böyük Yeddilik” sammitə başlayıb


Zəngin demokratiya qrupu üzvləri “Böyük Yeddilik” (G-7) builki Yaponiya sammitində Rusiyaya daha çox sanksiyalar tətbiq etmək və ona sanksiyalardan yayınmağa kömək edənlərə təzyiq göstərmək üçün hərəkətə keçəcək.

Jurnalistlərlə brifinq zamanıhəmişə olduğu kimi adı açıqlanmayan Bayden administrasiyasının bir rəsmisi qrupun Yaponiyanın Xirosima şəhərindəki iclasında yüzlərlə sanksiya və ixrac nəzarəti elan edəcəyini deyib.

Təkcə ABŞ sanksiyaları Moskvanın müdafiə istehsalı ilə məşğul olan 70-ə yaxın Rusiya və üçüncü ölkə qurumunu qara siyahıya salacaq.

Rəsmi bildirib ki, 300-dən çox fiziki şəxs, qurum, təyyarə və gəmilərə sanksiya tətbiq edilib. Digər G-7 ölkələri bu həftə öz hərəkətlərini elan etməyə hazırlaşır.

Rəsmi bu addımları sadalayıb: “Rusiyanın müharibə səyləri üçün avadanlıq və ləvazimat əldə etmək imkanlarına mane olmaq; sanksiyalardan yayınma boşluqlarının bağlanması üçün iş; və Avropanın Rusiya enerjisindən asılılığını azaltmağa yönəlmiş addımlar”.

Qrup, həmçinin Rusiyanın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq üçün daha çox səy göstərəcək və Rusiyanın suveren aktivlərinin dondurulmasını öhdəsinə götürəcək.

G-7 üzvləri ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Avropa İttifaqıdır.

Hiroşimaya gedərkən Air Force One təyyarəsində mətbuata danışanmMilli təhlükəsizlik müşaviri Ceyk Sallivan Amerikanın Səsinə bildirib ki, qrup Rusiyaya hərtərəfli ixrac qadağası elan etməyəcək.

“Sammitdə sanksiyaların tətbiqində əsas diqqət icra və yayınma olacaq”, Sallivan deyib.

Atlantik Şurasının Geoİqtisadiyyat Mərkəzinin araşdırmasına görə, G-7 üzvləri, əsasən də Avropada olanlar, hələ də Rusiyaya ayda təxminən 4,7 milyard dollar ixrac edirlər ki, bu da Ukraynanın işğalından əvvəl etdiklərinin təxminən 43%-ni təşkil edir.

ABŞ Maliyyə Nazirliyinin dediyinə görə, Bayden administrasiyası tərəfindən atılan addımlar hədəflənmiş rusların sanksiyalardan yayınmalarının dörd yoluna toxunacaq: ailə üzvləri və yaxın adamları vasitəsilə, aktivləri üçün daşınmaz əmlakdan istifadə etməklə yerləşdirmək, mülkiyyət maskaları altında mürəkkəb strukturlardan istifadə etməklə və aktivlərin Rusiyaya sanksiya tətbiq etməmiş ölkələrə ötürülməsi.

Çoxtərəfli sanksiyalar artıq Rusiya prezidenti Vladimir Putin, onun keçmiş həyat yoldaşı, Ukraynaya döyüşçülər göndərən “Vaqner” muzdlu qruplaşmasının rəhbəri, Kremlin sözçüsü və onun ailə üzvləri və digərləri də daxil olmaqla, Rusiyanı 4800-dən çox fiziki şəxsini və qurumunu hədəf alıb.

Sammit cümə günü Hiroşimada başlayıb.

XS
SM
MD
LG