Accessibility links

ABŞ Prezidenti: Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib


Cozef Bayden və İlham Əliyev (Arxiv foto. Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
Cozef Bayden və İlham Əliyev (Arxiv foto. Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibəti ilə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Amerika xalqı adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir”.

Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm. Sizə sevincli və firavan Müstəqillik Günü arzu edirəm”.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG