Accessibility links

Təbrizdə Azərbaycan Futbol Müzeyinin məhv olmasına dair narahatlıq mövcuddur


Azərbaycan Futbol Müzeyi - Təbriz
Azərbaycan Futbol Müzeyi - Təbriz

İran Azərbaycanının fubol ictimaiyyətinin bəzi simaları Təbriz bələdiyyə başqanı və şəhər şurasına açıq məktub unvanlayaraq Təbrizdə yerləşən Azərbaycan Futbol Müzeyinin vəziyyətinə diqqət yetirilməsini tələb ediblər.

Məktubun bəzi hissələri Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalında dərc edilib.

Futbol müzeyi 2014-cü ildə Təbriz şəhərinin qərbində təsis edilib. Müraciətdə yazılanlara görə, müzeyin tamamlanması üçün alınan qərarlar sonrakı dönəmlərdə yerinə yetirilməyib.

Məktubda şəhər şurası və bələdiyyədən tələb olunub ki, Təbrizin kimlik və qürurverici tarixinin bir simvolu və İranın tək və ilk futbol müzeyinin məhv olmasına icazə verilməsin.

Azərbaycan Futbol Müzeyi - Təbriz
Azərbaycan Futbol Müzeyi - Təbriz

Müraciətdə həmçinin deyilib ki, "mövcud sənədlər və görüntülərə əsasən, futbol idmanı İranda ilk dəfə Qacarlar dönəmində Təbriz şəhərinə gəlib. Təbriz Futbol Tarixi kitabının nəşri və Azərbaycan Futbol Müzeyinin təsisindən sonra ölkədə idman ekspertləri və məsulların Təbriz futboluna baxışları tamamən dəyişmişdir."

Məktubda yazılanlara görə, "təəssüf ki, futbol müzeyi alınan qərarlara uyğun təchiz olubmayıb və hətta keçən ildən etibarə ikinci mərtəbədə, o cümlədən Azərbaycan futbol simalarının otağı, ekspertlər otağı və müzeyin ibadət otağı və bəzi digər bölmələr müzeyin strurukturundan çıxarılaraq bələdiyyənin başqa şöbələrinin xidmətinə verilib."

XS
SM
MD
LG