Accessibility links

Azərbaycanda Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb


Türkiyə bayrağı (Mənbə: Türkiyə səfirliyi)
Türkiyə bayrağı (Mənbə: Türkiyə səfirliyi)

Mayın 20-də Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının bu ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb.

Mayın 20-də Bakı vaxtı ilə səhər saat 8-dən etibarən seçki məntəqələri açılıb. Üç gün davam edəcək səsvermə Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.

Səsvermə bütün ünvanlarda mayın 22-də saat 22-də başa çatacaq.

Mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

"Ata" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG