Accessibility links

Hüquq müdafiəçiləri: Urmiyədə siyasi məhbus Hamid Qaraoğlani lazımi tibbi yardımdan məhrum edilib


Hamid Qaraoğlani
Hamid Qaraoğlani

Hüquq müdafiəçiləri Urmiyənin mərkəzi həbsxanasında 13 illik həbs cəzasını çəkməkdə olan siyasi fəal Hamid Qaraoğlaninin səhhətinin yaxşı olmadığını bildirirlər.

HRA agentliyi və Ərk cəmiyyəti kimi hüquq-müdafiə qurumlarına istinadən, epilepsiya xəstəliyindən əziyyət çəkən siyasi məhbus lazımi tibbi yardımdan məhrum edilib.

"Qaraoğlani ailəsinin yaxınları bildirib ki, Hamid Qaraoğlani lazımi dərmanla təmin olunmur və tibbi yardımdan məhrumdur," Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) bildirib.

Hamid Qaraoğlani 2020-ci ilin iyun ayında İranın Kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən nəzarət altına alınıb və nazirliyin iddiaları əsasında silahlı Xalqın Mücahidləri (MEK) qruplaşmasına üzv olmaqda ittiham edildi.

Prokurorluq siyasi fəala qarşı müharibə ittihami irəli sürüb və onun haqqında edam cəzası istəmişdi. Ancaq o, məhkəmə tərəfindən 13 il həbsə məhkum edilmişdi.

HRA-nın məlumatına görə, Hamid Qaraoğlani hazırda Urmiyə həbsxanasında təhlükəsizlik ittihamları ilə əlaqədar məhkum olunmuş məhbusların saxlanıldığı bölmədə saxlanılır.

XS
SM
MD
LG