Accessibility links

BMT Baş katibi: Təhlükəsizlik Şurasında islahatların vaxtı çatıb


BMT-nin Baş katibi Antonio Quterres deyib ki, “bugünkü dünyanın reallıqları” ilə uyğunlaşmaq üçün həm Təhlükəsizlik Şurasında, həm də Bretton Vudsda islahatların vaxtı çatıb.

Yeddilik Qrupu zirvə toplantısının keçirildiyi Yaponiyanın Hiroşima şəhərində mətbuat konfransında danışan Quterreş hər iki qurumun 1945-ci ildəki güc əlaqələrini əks etdirdiyini və yenilənməyə ehtiyac olduğunu bildirib.

“Qlobal maliyyə arxitekturası köhnəlmiş, qeyri-funksional və ədalətsizdir. COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan iqtisadi sarsıntılar qarşısında qurumlar qlobal təhlükəsizlik şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilmir” - deyə, o əlavə edib.

Quterreş G-7 sammitində inkişaf etməkdə olan ölkələr arasında köhnəlmiş institutlarda islahatların aparılması və ya Qlobal Cənubun "məyusluqlarını aradan qaldırmaq" üçün kifayət qədər iş görülmədiyini deyib.

Beynəlxalq Valyuta Fondu bu ilin yanvar ayında Dünya İqtisadi Görünüşündə bildirib ki, Hindistanın iqtisadiyyatı bu il və gələn il 6%-dən çox artacaq.

BVF-nin baş iqtisadçısı və tədqiqat departamentinin direktoru Pyer-Oliver Qourinşas o zaman deyib ki, Çin və Hindistan birlikdə 2023-cü ildə dünya artımının təxminən 50%-ni təşkil edəcək.

BVF-nin məlumatına görə, zəngin G-7-nin iqtisadi nüfuzu da son 30 ildə azalıb və 2023-cü ildə qlobal ÜDM-in 29,9%-ni təşkil edib, 1980-ci ildə bu rəqəm 50,7% olub.

XS
SM
MD
LG