Accessibility links

ÜST Rusiyanın Ukraynaya təcavüzünü pisləyib


Çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) assambleyası Rusiyanın Ukraynaya təcavüzünü, o cümlədən tibb müəssisələrinə hücumlarını pisləyən qətnamə qəbul edib.

Qətnamə 9-u əleyhinə olmaqla, 80 səslə qəbul edilib. 52 ölkə səsvermədə bitərəf qalıb; 36 ölkə görüşdə iştirak etməyib.

ÜST-nin illik toplantısında irəli sürülən qətnamədə Rusiya təcavüzünün Ukrayna səhiyyə sisteminə təsirinin qiymətləndirilməsi tələb olunur. Rusiya Ukraynada fövqəladə sağlamlıq vəziyyətini tanıyan, lakin Rusiyanın Ukraynaya qarşı müharibədəki rolunu qeyd etməyən əks qətnamə təqdim edib.

ÜST Rusiyanın qətnamə layihəsini rədd edib. Britaniya nümayəndəsi Simon Manley Moskvanı assambleyada dezinformasiya yaymaqda ittiham edib.

Eyni zamanda, Rusiya Federasiyasının nümayəndəsi Rusiya nümayəndə heyəti tərəfindən Ukrayna qoşunlarının nəzarət etdikləri ərazilərdə tibb müəssisələrinə hücumlarda ittiham olunduğu broşürlərin paylanmasını təsdiqləyib.

Ukrayna nümayəndəsi bildirib ki, səsvermə onun tibbi yardıma ehtiyacı olan vətəndaşları üçün “ümid əlaməti” və bu, ÜST-nin ölkədə davam edən işində mühüm mərhələdir.

XS
SM
MD
LG