Accessibility links

Urmiyədə bir məhkum asılıb


Urmiyə Mərkəzi Həbsxanası
Urmiyə Mərkəzi Həbsxanası

İranda son həftələrdə edam hökmlərinin tətbiqinin artması fonunda cümə axşamı günü Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə bir məhbus dar ağacından asılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi bu barədə məlumat yayıb.

May ayının 26-da səhər saatlarında Urmiyənin mərkəzi həbsxanasında asılan məhkumun 40 yaşındakı Əli Piri olduğu açıqlanıb.

"Daha əvvəl qətl ittimahı ilə mühakimə edilib və edama məhkum edilmiş Əli Piri 3 il idi Urmiyə həbsxanasında saxlanılırdı" , agentlik bildirib.

May ayında Urmiyə, Ərdəbil, Zəncan, Salmas, Kərəc və Qəzvin kimi şəhərlərin həbsxanaları daxil olmaqla İranın müxtəlif həbsxanalarında onlarla edam məhkumunun cəzası tətbiq edilib.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilir. Son möhlətə qədər "diyə" məbləğini hazırlayıb ödəyə bilməyən məhkumların ölüm cəzası icra edilir.

"Diyə" şəriət qanunlarına görə, hesablanan bir təzminat növüdür.

XS
SM
MD
LG