Accessibility links

İranın Şərqi Azərbaycan vilayətində fəallar iki oğlu həbsdə olan ailələyə kənd təsərrüfatı işlərində yardım edir


Nadarlı kəndi, Şəbistər, Şərqi Azərbaycan vilayəti
Nadarlı kəndi, Şəbistər, Şərqi Azərbaycan vilayəti

Şərqi Azərbaycan vilayəti Şəbistər şəhərinin Nadarlı kəndində milli fəallar oğulları bu yaxınlarda nəzarət altına alınmış Əmani ailəsinə kənd təsərrüfatı işlərində yardım edir.

Bu barədə xəbər saytları və sosial şəbəkələrdə məlumat və görüntü yayılıb.

İranın təhlükəsizlik qüvvələri Hüseyn və Məhəmmədrza Əmani Nadarlı qardaşlarını müvafiq olaraq may ayının 18 və 21-də həbs ediblər.

Araz News saytı və insan haqları üzrə fəaliyyət göstərən Abbas Lisani adlı Telegram kanalının yaydığı məlumata görə, bir qrup türk fəal Nadarlı kəndində iki məhbusun ailəsinin görüşünə gedib və onlara kənd təsərrüfatı işlərində yardım ediblər.

Təbrizdə nəzarətdə saxlanılan fəallar
Təbrizdə nəzarətdə saxlanılan fəallar

İranın təhlükəsizlik qüvvələri mayın 18-də Təbrizdə Hüseyn Əmani, Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbrini həbs ediblər. Hüseyn Əmaninin qardaş Məhəmmədrza Əmani isə 3 gün sonra Nadarlı kəndində saxlanılıb.

Hüquq müdafiəçiləri tutulan fəalların hazırda Təbrizdə İslam İnqilabı Qvradiyasına (Sepah) məxsus təhlükəsizlik təcridxanasında saxlanıldığını bildirirlər.

XS
SM
MD
LG