Accessibility links

Rusiyanın Dnepr şəhərinə atılan raket nəticəsində bir nəfər ölüb, azı 15 nəfər yaralanıb


Ukrayna rəsmilərinin verdiyi məlumata əsasən, mayın 24-ü səhər saatlarında Ukraynanın Dnepr şəhərindəki klinikaya endirilən raket zərbəsi nəticəsində bir nəfər ölüb, ikisi uşaq olmaqla, azı 15 nəfər yaralanıb.

Yerli media Dneprdə ikimərtəbəli binada baş verən yanğını əks etdirən videogörüntülər paylaşıblar. Ukrayna prezidenti Vladimir Zelenski bəyanatında hücumu həyata keçirən “qeyri-insan”-ların məğlub edilməli olduğunu deyib.

Rusiyanın cənubundakı Krasnodar şəhərində yaşayış binasına zərər vuran partlayışa iki pilotsuz təyyarə səbəb olub. Bu barədə cümə günü vilayət qubernatoru bildirib. “Binalara müəyyən zərər dəysə də, kritik infrastruktura ziyan dəyməyib. Ən əsası isə tələfat olmayıb”, - deyə, qubernator Veniamin Kondratyev sosial mediada açıqlamasında bildirib.

Eyni gün Rusiyanın Ukrayna ilə həmsərhəd bölgəsindəki şəhər Ukrayna artilleriyasının atəşinə məruz qalıb. Qraivoron şəhəri bir neçə saat atəş altında qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG