Accessibility links

Rusiya Krasnodar neft emalı zavoduna dron hücumunun qarşısını aldığını bildirir


Bazar günü yerli rəsmilər bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qara dəniz yaxınlığındakı Krasnodar bölgəsindəki İlski neft emalı zavoduna yaxınlaşan bir neçə pilotsuz təyyarəni məhv edib.

"Bir neçə pilotsuz uçuş aparatı (PUA) Krasnodar diyarındakı "İlski" neft emalı zavodunun ərazisinə yaxınlaşmağa cəhd edib"- deyə, regionun fövqəladə hallar rəsmiləri Telegram mesajlaşma kanalında bildirib.

Onların hamısı zərərsizləşdirilib, zavodun infrastrukturuna ziyan dəyməyib.

Rəsmilər hücumu kimin təşkil etdiyini açıqlamayıb. Reuters xəbəri müstəqil şəkildə yoxlaya bilməyib.

Şənbə günü Moskva Ukraynanın Rusiyanın dərinliklərində neft kəməri qurğularını vurduğunu bildirib. Kyiv demək olar ki, heç vaxt açıq şəkildə Rusiya daxilində və Ukraynada Rusiyanın nəzarətində olan ərazilərə hücumlara görə məsuliyyəti üzərinə götürmür.

Qara dənizin Novorossiysk limanı yaxınlığında yerləşən "İlski" neft emalı zavodu ildə təxminən 6,6 milyon ton emal gücünə malikdir. Zavod bu ay bir neçə dəfə hücuma məruz qalıb.

XS
SM
MD
LG