Accessibility links

Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib


Prezident Co Bayden bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı səsvermənin ikinci turunda yenidən seçilməsi münasibətilə təbrik edib.

"Mən NATO müttəfiqləri kimi ikitərəfli məsələlər və ümumi qlobal problemlərlə birgə işləməyi davam etməyi səbirsizliklə gözləyirəm" - deyə, Bayden Tvitter hesabında Vaşinqton və Ankara arasında son gərginliyə toxunmadan yazıb.

Dövlət katibi Antoni Blinken də Tvitter hesabında Ərdoğanı təbrik edərək, Türkiyəni “dəyərli NATO müttəfiqi və tərəfdaşı” adlandırıb.

“Mən Türkiyə xalqının seçdiyi hökumətlə birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - deyə, Dövlət katibi yazıb.

Blinken, həmçinin bazar günü yüksək seçici fəallığını və Türkiyənin “uzun demokratik ənənəsini” yüksək qiymətləndirib.

69 yaşlı Ərdoğan 74 yaşlı müxalifət namizədi Kamal Kılıçdaroğlunu 4% fərqlə geridə qoyub.

Səsvermə müşahidəçilər tərəfindən respublikanın 100 illik tarixində ölkənin ən mühüm seçkiləri kimi qiymətləndirilib.

Türkiyə ilə ABŞ arasında münasibətlər son illərdə pisləşib, o cümlədən müxalifətçilərə qarşı təzyiqlər, Suriyada hərbi əməliyyatlar, Moskvanın Ukraynaya müdaxiləsindən sonra belə Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqəsi və Ankaranın İsveçin NATO-ya üzv olmaq istəyini təsdiqləmək istəməməsi münasibətlərə mənfi təsir göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG