Accessibility links

İranlı jurnalist Əmini etirazları ilə bağlı ittihamlarla mühakimə olunur


Nilufər Həmədi və İlahə Məhəmmədi
Nilufər Həmədi və İlahə Məhəmmədi

Vəkil ILNA xəbər agentliyinə bildirib ki, ötən il həbsdə ikən ölməsi aylarla davam edən iğtişaşlara səbəb olan kürd əsilli iranlı qadının dəfn mərasimini işıqlandırmaqda ittiham olunan iranlı jurnalist bazar ertəsi bağlı qapılar arxasında mühakimə olunub. İlahə Məhəmmədi etirazların baş qaldırdığı kürd bölgəsi Saqqızda Əmininin dəfn mərasimini işıqlandırıb.

İslami geyim qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümü İranda aylar boyu kütləvi etiraz dalğasına səbəb olub. Bu, İranın ruhani liderləri üçün onilliklərin ən böyük probleminə çevrilib.

İslam Respublikası xarici düşmənlərini ölkədə sabitliyi pozmaq məqsədi ilə etirazları alovlandırmaqda ittiham edib.

"İlahə Məhəmmədi məhkəməsi yaxşı keçdi. Növbəti iclasın tarixini məhkəmə elan edəcək", onun vəkili Şəhabəddin Mirlohi ILNA-ya bildirib.

Vəkildən şərh almaq mümkün olmayıb.

Tehranda mühakimə olunan islahat tərəfdarı "Hammihan" qəzetinin müxbiri Məhəmmədi və "Şərq" qəzetinin digər jurnalisti Nilufər Həmədi Əmininin ölümünü işıqlandırdıqlarına görə "düşmən dövlətlərlə əlbir olmaqda" günahlandırılıb.

Bu ittiham İslam qanunlarına görə potensial olaraq ölüm cəzasını ehtiva edir.

Oktyabr ayında İran Kəşfiyyat Nazirliyinin yaydığı birgə bəyanatda Məhəmmədi və Həmədi Mərkəzi Kəşfiyyat İdarəsinin xarici agentləri olmaqda ittiham edilib.

Həmədi qızlarının komada yatdığı Tehran xəstəxanasında Əmininin valideynlərinin bir-birini qucaqlayarkən fotosunu çəkib.

Həmidinin Twitter-də yerləşdirdiyi görüntü üç gün əvvəl İranın əxlaq polisi tərəfindən saxlanılan Əmini ilə bağlı hüç nəyin yaxşı olmadığına dair dünyaya ilk siqnal olub.

Keçən sentyabr ayından İranın məşhur Evin həbsxanasında saxlanılan iki jurnalist ayrı-ayrılıqda mühakimə olunacaq. Ədliyyə orqanlarının məlumatına görə, Həmidinin məhkəməsi çərşənbə axşamı başlayacaq.

İslam Respublikası bu iki jurnalistin məhkəməsinin açıq keçirilməsi ilə bağlı hüquq qruplarının dəfələrlə etdiyi çağırışlarına məhəl qoymayıb.

XS
SM
MD
LG