Accessibility links

İran BAEA-nin nüvə sahəsi ilə bağlı narahatlığını həll edib


İran dövlət mediası çərşənbə axşamı bildirib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərin əvvəllər bəyan olunmamış nüvə materialı aşkar etdiyi üç obyektdən biri ilə bağlı məsələləri həll edib.

BAEA illərdir İrandan müfəttişlərin dediklərinə görə, “antropogen mənşəli uran hissəciklərinin” olması ilə bağlı cavab axtarır. Qurumun rəhbəri Rafael Qrossinin mart ayında Tehrana səfəri də daxil olmaqla, bir sıra görüşlər zamanı İranın araşdırma ilə əməkdaşlıq edəcəyinə söz verilib.

İranın dövlət mediası bildirib ki, tərəflər Fars əyalətində yerləşən Marivan sahəsi ilə bağlı məsələni həll edib.

BAEA-nın hesabatlarına görə, 2020-ci ildə ərazidən götürülmüş nümunələrin təhlili uran hissəciklərinin olduğunu göstərib. Agentlik 2003-cü ildə İranın partlayıcı sınaq üçün ərazidə nüvə materialından istifadə etməyi və saxlamağı planlaşdırdığına dair məlumatlara malik olduğunu bildirib.

İran nüvə silahı əldə etməyə etmək istəyi ilə bağlı iddiaları rədd edib.

Tehranın silah proqramı ilə bağlı qorxular İranın 2015-ci ildə sanksiyaların yüngülləşdirilməsi müqabilində İngiltərə, Çin, Fransa, Rusiya, ABŞ və Almaniya ilə imzaladığı və ölkənin nüvə proqramını məhdudlaşdıran sazişə səbəb olmuşdu.

Birləşmiş Ştatlar 2018-ci ildə o vaxtkı prezident Donald Trampın İran üçün çox əlverişli şərtlər olduğunu dediyi üçün sazişdən çıxmışdı.

İran buna cavab olaraq, uranın daha yüksək səviyyələrə zənginləşdirilməsi, daha təkmil sentrifuqaların işə salınması və zənginləşdirilmiş uranın daha böyük ehtiyatlarının saxlanması da daxil olmaqla, saziş üzrə öhdəliklərindən imtina edib.

XS
SM
MD
LG