Accessibility links

Zəncan, Marağa və Meşginşəhrdə edam hökmləri icra edilib


Meşginşəhr həbsxanası, Ərdəbil vilayəti
Meşginşəhr həbsxanası, Ərdəbil vilayəti

Hüquq müdafiəçiləri keçən bir neçə gün ərzində İranın Ərdəbil, Zəncan, Şərqi Azərbaycan, Bəluçistan, Kürdüstan, Simnan, Gilan, Gülüstan, Əlburz və Luristan kimi vilayətlərində çox sayda məhbusun edam hökmünün icra edildiyini bildirib.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatına istinadən, qətl ittihamı ilə edama məhkum olunmuş bir məhbus bazar günü Ərdəbil vilayətinin Meşginşəhr şəhərində dar ağacından asılıb.

Meşginşəhr həbsxanasında asılan məhbusun 35 yaşındakı Cəlil Minayi olduğu açıqlanıb.

İran mediasında cümə axşamı günü Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində bir edam hökmünün əhalinin gözləri önündə tətbiq edildiyinə dair məlumat yayılıb. Xəbərlərdə adı açıqlanmayan şəxsin "yer üzündə fəsad və əxlaqsızlıq yaymaq" ittihamı ilə edama məhkum olunduğu qeyd edilib.

IHR, həmçinin bu yaxınlarda qətl ittihamı ilə mühakimə olunaraq edama məhkum olunmuş iki məhbusun hökmünün Zəncanın mərkəzi həbsxanasında tətbiq edildiyini bildirib.

Zəncanda asılan məhkumların adları Meysəm Sədri və Pərviz Cavadi olaraq açıqlanıb.

XS
SM
MD
LG