Accessibility links

Ukrayna: Planlar sükutu sevir


Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı əks-hücum hazırlanşdığı vaxt yenidən "sükut"a elan edib. Son günlər hərbi əməliyyatların nisbətən yumşaldılmasına baxmayaraq, Moskvanın"əhəmiyyətli itkilər" verməkdə davam etdiyi Baxmut ətrafında toqquşmalar davam edir.

Bunu Ukrayna silahlı qüvvələrinin nümayəndələri bildirib.

"Planlar sükutu sevir. (əks-hücumun başlanması haqqında) heç bir elan olmayacaq" - deyə, Telegram kanallarında yerləşdirilən videoda deyilir.

Ukrayna rəsmiləri dəfələrlə əməliyyatla bağlı ictimai fərziyyələrin qarşısını alıb və bunun düşmənin əlinə keçə biləcəyini vurğulayıb. Son günlər Ukrayna hakimiyyəti vətəndaşların Rusiya raketlərini vuran hava hücumundan müdafiə sistemlərinin görüntülərini paylaşmaq cəhdlərinin də qarşısını alıb.

Kyivin Qərb müttəfiqləri son aylar əks-hücum üçün Ukraynanı silah və sursatla təmin edib.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü müsahibəsində Kyivin əməliyyata hazır olduğunu, lakin heç bir proqnoz verilməyəciyini deyib.

"Düzünü desəm, işlər müxtəlif yollarla, çox fərqli şəkildə gedə bilər. Ancaq biz bunu edəcəyik və hazırıq" - deyə Zeıenski The Wall Street Journala bildirib.

Bu arada Ukraynanın ali hərbi komandanlığı bazar günü gündəlik hesabatında bildirib ki, rus qoşunları Baxmut ətrafında iki uğursuz əməliyyat keçirib və yaxınlıqdakı kəndlərə bir sıra hava və artilleriya zərbələri endirib.

Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski şənbə günü bölgədəki qoşunlara baş çəkdikdən sonra Teleqramda deyib: "Düşmən Baxmut istiqamətində ciddi itkilər verməkdə davam edir. Müdafiə qüvvələri döyüşləri davam etdirir. Biz qalib gələcəyik".

XS
SM
MD
LG