Accessibility links

Natiq Cəfərli: Xarici banklar Azərbaycana daxil olsa, rəqabətli mühit artar


Natiq Cəfərli-iqtisadçı ekspert
Natiq Cəfərli-iqtisadçı ekspert

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda bankçılığın son vəziyyəti, o cümlədən pul-kredit sahəsində baş verən problemlərin aradan qaldırılmasından danışıb.

Amerikanın Səsi: “Günay Bank”ın lisenziyasının ləğvi Azərbaycanda bank sektoruna necə təsir edəcək?

Natiq Cəfərli: Əslində “Günay Bank”la bağlı əvvəlcədən məlumatlar olsaydı bank sektoru buna daha hazırlıqlı olardı. Amma təəssüf ki, Mərkəzi Bankın və maliyyə institutlarının son hesabatlarında hansısa problemli bank haqqında məlumat yox idi. Birdən-birə “Günay Bank”-la bağlı belə məlumatın olması bank sektorunda heç də yaxşı qarşılanmadı. Həm də vətəndaşlar tərəfindən də müəyyən suallar yarandı. Çünki son zamanlar bir sakitlik var idi. Vətəndaşların banklara güvəni artırdı. Həm manatla, həm dollarla depozitlərdə artım müşahidə olunurdu. Amma ard-arda ilin əvvəlindən depozitlərə gələn gəlirlərlə bağlı verginin tutulması bank sektorunda problem yaratmışdır. Üzərinə “Günay Bank”-ın bağlanması da gələndən sonra bank sektorunda ən azından sualların yaranmasına səbəb oldu.

Natiq Cəfərli: Xarici banklar Azərbaycana daxil olsa, rəqabətli mühit artar
please wait

No media source currently available

0:00 0:04:53 0:00

Amerikanın Səsi: Azərbaycanda bağlanma təhlükəsilə üzləşən digər banklar da varmı? Ümumiyyətlə Azərbaycanda son illər bankların sayının azaldılmasını necə qiymətləndirirsiniz?

Natiq Cəfərli: Bu təbii bir proses olsa heç bir problem yoxdur. Bəzən bəzi ekspertlər də, hətta məmurlar da deyirlər ki, Azərbaycanda bank çoxdur. Amma bu bankın çox və yaxud az olması nə əhali, nə ərazi ilə hesablanmır. Məsələn, Lüksenburq kiçik bir ölkədir. Çox da az əhalisi var. Amma yüzdən çox bankı fəaliyyət göstərir. Yəni bankların sayının əhali və ya ərazi ilə aidiyyatı yoxdur. Təbii olaraq, bazarda rəqabət mühitinə görə kiçik bankların yaranması, orta bankların yaranması, birləşməsi baş verəndə bu normal qarşılana bilər. Amma Azərbaycanda bu orqanik proses deyil. Azərbaycanda bank sektorunda bir neçə dominant banklar var ki, bank sektorunun 70-75 faizinə nəzarət edirlər. Digər banklar sadəcə rəqabətə davam gətirə bilmir. Ya bağlanırlar, ya da kiçik banklar böyük banklar tərəfindən “udulur” necə deyərlər.

Amerikanın Səsi: Azərbaycanda bank sektorunda iri xarici banklar demək olar ki, təmsil olumayıb. Bu nə ilə bağlıdır?

Natiq Cəfərli: Azərbaycanda pis bir praktika var idi. 90-cı ildə Britaniya bankı fəaliyyət göstərirdi. BP-nin Azərbaycana gəlməsi ilə paralel olaraq bu baş vermişdi. Amma çox təəssüf ki, o bankın Azəbaycanda fəaliyyəti 90-cı illərin sonu 2000-ci illərin əvvəlində tamamilə dayandı. Bu çox pis siqnal oldu xarici banklara ki, Azərbaycan bank bazarına daxil olmaq problemlidir. Təəssüf ki, bu günə qədər də bu davam edir. Çünki xarici banklar Azərbaycana birbaşa daxil olsaydılar və birbaşa fəaliyyət göstərsəydilər, bu rəqabətli mühitin artmasına səbəb olardı. Bizdə kreditlərlə bağlı problemlərin olduğunu hamı görür. Çox yüksək kredit faizləri var. İri banklar Azərbaycana daxil olsaydı, ən azından kredit bazarında ciddi bir rəqabət olardı. Necə ki, biz bunu məsələn Gürcüstanda görürük. Gürcüstanda həm Amerikanın, həm Avropanın bir neçə iri bankının, hətta Rusiyanın belə bir neçə bankının filialı, hətta birbaşa iştirakını biz müşahidə edirik. Azərbaycanda bu yoxdur. Bu da Mərkəzi Bankın və hökumətin bazarda xarici oyunçuların daxil olmasının, ölkə daxilində olan iri banklara maneçilik yaradacağına görə maneələrin yaradılması ilə əlaqədardır. Azərbaycanın özünün iri bankları onlarla da rəqabət apara bilməyəcək deyə xarici bankların birbaşa ölkəyə girməsinə müəyyən maneələr yaranır.

Amerikanın Səsi: Ümumiyyətlə Azərbaycanda pul-kredit siyasətini necə qiymətləndirirsiniz?

Natiq Cəfərli: Azərbaycanın klassik anlamda yəni iqtisadiyyat nəzəriyyəsinə görə bazar iqtisadiyyatı hələ oturuşmayıb. Pul-kredit siyasəti mütləq bazar iqtisadiyyatı institutları ilə paralel inkişaf edir. Bizdə birja yoxdur. Manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Ümumiyyətlə inzibati metodlarla pul-kredit siyasətləri ilə idarə olunması çox aydın şəkildə görünür. Ona görə də nəzarətin güclü olduğu, amma institutsional olaraq zəif olan pul-kredit siyasətimiz var. Düzdür nəzarət güclüdür, bankların hansısa bir formada kənarlaşdırılması, öz dövlət siyasətindən kənarlaşdırılmasına imkan verilmir. Məzənnə sabit saxlanılır. Yeddinci ildir ki biz sabit məzənnə rejimindəyik. Bunun da öz fəsadları var. Amma hər halda bu institutlaşmış bir sistem deyil. İnstitutlaşmış bir sistem o zaman baş verəcək ki, Azərbaycanda qiymətli kağızlar olsun. Banklar 19-cu əsrin düşüncəsi ilə deyil, 21-ci əsrin müasir bankçılıq yönündə inkişaf eləsin.

XS
SM
MD
LG