Accessibility links

ABŞ Tayvan yaxınlığında Çin döyüş gəmisi ilə qarşılaşmanın videosunu yayımlayıb


ABŞ ordusu həftə sonu Tayvan boğazında Çinin "təhlükəsiz" manevrini əks etdirən bir video yayımlayıb. Bu manevrdə Pekin donanma gəmilərindən biri Amerika esminesinin yolunu kəskin şəkildə kəsib və ABŞ gəmisi toqquşmanın qarşısını almaq üçün yavaşlamağa məcbur olub.

ABŞ ordusu bildirib ki, şənbə günü baş verən insident zamanı Çinin raket esminesi USS Chung-Hoon gəmisini sol tərəfində keçib, daha sonra təqribən 137 metrlik məsafədə sağa əyilib.

Hind-Sakit Okean Komandanlığının məlumatına görə,. Amerika esminesi öz kursunu saxlaya bilib. Hərbçilər "toqquşmanın qarşısını almaq üçün" gəminin sürətini 10 düyünə endirdiyini deyib.

Yaxın qarşılaşma Amerika gəmisi və Kanadanın HMCS Monreal freqatı Çinin iqtisadi zonasının bir hissəsi olduğunu iddia etdiyi Tayvan və Çin arasındakı boğazda “naviqasiya azadlığı” adlanan tranziti həyata keçirərkən baş verib.

Çinin bu ərazinin onun iqtisadi zonası olduğunu iddia etməsinə baxmayaaq, Qərb müttəfiqləri bunun beynəlxalq keçid azadlığı ilə idarə olunduğunu deyirlər.

ABŞ gəmisinin burnuna yaxınlaşdıqdan sonra Çin gəmisi yenidən paralel istiqamətdə üzməyə başlayıb. Çin gəmisi Amerika esminesinin arxasında üzən Kanada freqatında oxşar manevr etməyə cəhd etməyib.

Hadisə ABŞ-ın müdafiə naziri Lloyd Austin və Çinin müdafiə naziri general Li Şanqunun illik müdafiə konfransı üçün Sinqapurda olduğu gün baş verib.

Li müttəfiq Qərb gəmilərinin “naviqasiya azadlığı” üzərindən keçməsinin Çinə qarşı təxribat olduğunu iddia edərək ölkəsinin cavabını müdafiə edib. Li Sinqapurda keçirilən Şanqri-La Dialoqunda dünyanın bəzi yüksək səviyyəli müdafiə rəsmilərinə Pekinin Tayvanı materik Çindən ayıran sulardan “dinc keçid”lə bağlı heç bir probleminin olmadığını, lakin “bu azadlıqdan istifadə cəhdlərinin qarşısını almalıyıq” deyib.

Çin Tayvanı öz ərazisinin bir hissəsi olduğunu iddia edir. ABŞ “vahid Çin” siyasətini tanıyarkən və Pekinin Tayvanı özününkü hesab etdiyi halda, Vaşinqton Taypeyə silah satmaqda davam edir.

Li,ABŞ və onun müttəfiqlərinin təhlükə yaratdıqlarını və bunun əvəzinə onların "öz hava məkanları və sularının qayğısına" diqqət yetirməyi təklif edib.

Şənbə günü Tayvan boğazında manevrlə yanaşı, ABŞ ötən ayın sonunda Çinə məxsus J-16 qırıcı təyyarəsinin Cənubi Çin dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsinin uçuşuna mane olarkən “lazımsız olaraq aqressiv manevr etdiyini” bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG