Accessibility links

Samir Kazımlı: İnsanlar dini əqidələrinə görə təqib olunmamalıdır


Samir Kazımlı -hüquq müdafiəçisi
Samir Kazımlı -hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində son zamanlar Azərbaycanda dindarların həbslərinin səbəblərindən , o cümlədən ölkədə insan hüquqlarının son vəziyyətindən danışıb.

Amerikanın Səsi: Son zamanlar yerli media daha çox dindarların həbslərinə diqqət çəkir. Bəzi iddialara görə onlar dini əqidələrinə görə təqib olunurlar. Bir hüquq müdafiəçısı kimi məsələ ilə bağlı nə deyə bilərdiniz?

Samir Kazımlı: İnsanlar dini əqidələrinə görə təqib olunmamalıdırlar. Çünki bu da insanların bir hüququdur. Əgər ortada bir casus faktı varsa bu çox ciddi ittihamdır. Bunlar məhkəmədə sübuta yetirilməlidir. Nəzərə alaq ki, bu işlər Avropa məhkəməsinə gedə bilər. Ona görə də hakimiyyət bu məsələni çox ciddi, şəffaf və məhkəmə yolu ilə həll etməlidir. Əgər casusluq yoxdursa, hər hansı bir siyasi kampaniyaya görə insanları həbs etmək doğru deyil. Ortada fakt varsa bunu həyata keçirməlidir. Əgər yoxdursa, inanclılar hər hansı bir kampaniyanın qurbanına çevrilməməlidir.

Amerikanın Səsi: Ölkədə insan hüquqları sahəsində vəziyyətin dəyişməsi üçün beynəlxalq birlik hansı təsir mexanizmlərinə malikdir?

Samir Kazımlı: İnsanlar dini əqidələrinə görə təqib olunmamalıdır
please wait

No media source currently available

0:00 0:04:57 0:00

Samir Kazımlı: Beynəlxalq birlik müəyyən addımlar atır. Əgər Azərbaycanda vəziyyət düzəlmirsə, demək yeni vasitələrə əl atmaq lazımdır. Yeni yanaşmalara əl atmaq lazımdırki problemlər həll olunsun. Davamlı olaraq hesabatlarda əks olunur. Amma bu hesabatlarda əks olunan problemlər aradan qalxmır. Bunun başlıca səbəbi olaraq hökümət bunu aradan qaldırılmalıdır. Hökümətlə dialoqda bu məsələləri davamlı olaraq ortaya qoymalıdırlar. İstər enerji, istər təhlükəsizlik, istərsə də demokratiya və insan haqları məsələsi prioritet olmalıdır. Hüquq pozan şəxslərə qarşı sanksiyalar tətbiq etmək olar. Vətəndaş cəmiyyətinin, mediyanın inkişafına böyük pullar, dəstəklər ayırmaq olar ki, bunlar da bu prosesdə iştirak etsin.

Amerikanın Səsi: Bu yaxınlarda ABŞ Dövlət Departamenti Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı geniş hesabat yaydı. Bu hesabat sözügedən sahədə ölkədəki durumu obyektiv əks etdirimi?

Samir Kazımlı: Təbii ki, əks etdirir. Biz burada qeyd olunan prosesləri canlı olaraq müşahidə etmişik. Orada xeyli sahələrə toxunulub. Hamısı çox əhatəli əks olunub. Həqiqəti əks etdirir. Bu bütün beynəlxalq ictimaiyyətə yayımlanır.

Amerikanın Səsi: ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan illik hesabatların əhəmiyyəti nədədir? Hökümətlər və konkret Azərbaycan iqtidarı bunu nəzərə alırmı?

Samir Kazımlı: Təəssüf ki, Azərbaycan höküməti bu hesabatlarda əks olunan məsələləri nəzərə almır. Alsaydı bu məsələlər müsbətə doğru həll olunardı. Amma biz baxırıq ki, hər il bu pozuntuların sayı genişlənir. Bunlar hesabatlarda əks olunur. Bu hesabatlarda əks olunmasının yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi odur ki, Azərbaycanda insan haqları pozuntuları mötəbər bir sənəddə əks olunur. Pis tərəfi odur ki, bizim Azərbaycanın adı belə hesabatlarda mənfi çəkilir. Bunun da başlıca günahkarı Azərbaycan hökümətidir. Bu hesabtlarda olanlar vaxtında həll edilsə, bizim ölkənin adı belə mənfi hallarda çəkilməz.

Qeyd: Bu, Samir Kazımlının fikirləridir. Azərbaycan hökuməti insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə insanların fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Hüquq mühafizə orqanları işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri saxlananılan şəxslərin müdafiəsi məqsədi ilə deyildiyini və reallığı əks etdirmədiyini bəyan edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2022-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanla bağlı məruzəçi fəaliyyətdədir.

Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlandırılan çoxsaylı inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG