Accessibility links

Sudanın döyüşən qrupları arasında qarşıdurmaların sonu görünmür


Sudanın döyüşən hərbi qrupları çərşənbə axşamı ölkənin paytaxtında hava və quruda döyüşlər aparıb. Artan zorakılıqlar və qanunsuzluqlar onsuz da məhdud ərzaq və dərmanla mübarizə aparan sakinlərin iztirabına əlavə edilib.

Artıq səkkizinci həftədir ki, ordu ilə yarı-hərbi Çevik Dəstək Qüvvələri arasında gedən döyüşlər yüzlərlə dinc sakinin ölümünə səbəb olub, 400 000 nəfər sərhədləri keçib, 1,2 milyondan çox insan paytaxtdan və digər şəhərlərdən didərgin düşüb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar humanitar yardım məqsədi ilə qeyri-mükəmməl atəşkəslərə səbəb olan danışıqlara vasitəçilik etmişdilər. Lakin keçən həftə danışıqlar iflasa uğrayıb və nümayəndə heyətlərinin Ciddədə olduğu müddətdə birbaşa danışıqlar elan edilməyib.

Döyüşlər paytaxta böyük ziyan vurub, sakinlər döyüşlərin, hava hücumlarının və talanlara məruz qalıb. Artilleriya və hava hücumları gecə boyu davam edib.

Xartumun cənub-şərqində və Bəhrinin şimalında sakinlər çərşənbə axşamı səhər artilleriya və silah toqquşmalarının səslərini eşitdiklərini bildirib. Gecə boyu qüvvələr Omdurman şəhərinin küçələrində, ordunun əsas Mühəndislər Korpusunun bazası ətrafında toqquşub.

Quru döyüşlərindən daha çox hava zərbələrinə üstünlük verən ordu baza ətrafında mövqelərini qoruyub saxlaya bilsə də, şəhərin qalan hissəsinin əksəriyyətinə nəzarət edən RSF-ni geri çəkilməyə məcbur edə bilməyib.

Xartum sakinlərinin və məhəllə komitələrinin bəzilərinin RSF-yə aid olduğunu iddia edilən talançılar paytaxtın müxtəlif yerlərində məhəllələri qarət edib, avtomobilləri oğurlayıb, seyfləri sındırıb və evləri zəbt edib.

Yardım qrupları elektrik və su çatışmazlığı, eləcə də dükan və apteklərdə tükənən ehtiyatlarla üzləşən Xartum sakinlərinə geniş yardım göstərməkdə çətinlik çəkir.

Müqavimət komitələri yardımlar təşkil etməyə çalışsa da, döyüşlər şiddətləndikcə onların işləri çətinləşib.

Adının açıqlanmasını istəməyən fəallardan biri "Hava və artilleriya bombardmanı səbəbindən dərmanları paylaya bilmədik" deyib.

Döyüşlər Xartumdan kənara, RSF-nin yarandığı və güc bazasını saxladığı Qərbə Darfur bölgəsinə qədər genişlənib. Xartum və Darfur arasında əsas marşrut olan Əl-Obeid şəhəri də döyüşlərə məruz qalıb.

XS
SM
MD
LG