Accessibility links

Fəal ruhi-əsəb dispanserinə yerləşdirilib


Azərbaycan Demokratiya və Rifah Partiyasının, həmçinin Müqavimət Hərəkatının üzvü Ziyafət Abbasova
Azərbaycan Demokratiya və Rifah Partiyasının, həmçinin Müqavimət Hərəkatının üzvü Ziyafət Abbasova

Azərbaycan Demokratiya və Rifah Partiyasının, həmçinin Müqavimət Hərəkatının üzvü Ziyafət Abbasovanın ruhi-əsəb dispanserinə yerləşdirildiyi bildirilir.

Dostları onun iyunun 6-dan yoxa çıxdığını deyirlər, siyasi fəalın harada olduğuna Daxili İşlər Nazirliyi aydınlıq gətirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib:

"Hazırda onun müalicəsi davam etdirilir".

Ziyafət Abbasovanın iyunun 6-dan səhər saatlarından yoxa çıxması haqda məlumatlar yayılıb. Məlumatlarda bildirilirdi ki, o, Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin kitab təqdimatına getmək adıyla evdən çıxıb, lakin təqdimata getməyib.

"Ziyafət xanım Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb. O, mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya salmaqla hədələyir. Qeyd edim ki, Ziyafət xanım sığınacaqda qalırdı…" - deyə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimova bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG