Accessibility links

Azərbaycan və Macarıstan hərbi əlaqələrin genişləndirilməsini müzakirə edib


Zakir Həsənov və Kristof Szalay-Bobrovnicski (Mənbə: Müdafiə Nazirliyi)
Zakir Həsənov və Kristof Szalay-Bobrovnicski (Mənbə: Müdafiə Nazirliyi)

İyunun 7-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini qeyd edib.

Nazir Zakir Həsənov isə İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən minatəmizləmə və bərpa-quruculuq işləri barədə məlumat verib.

Nazir macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən insidentlər barədə məlumatlandırıb.

Azərbaycanla-Macarıstan arasında son 30 ildə 50-dən çox sənəd imzalanıb. Həmçinin 2014-cü ildə Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb.

Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında bu il iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

XS
SM
MD
LG