Accessibility links

Siyasi fəal Məhəmməd Nəcəfi elektron qandalla Təbriz həbsxanasından buraxılıb


Məhəmməd Nəcəfi
Məhəmməd Nəcəfi

2019 noyabr ayındakı kütləvi etirazlar ilə əlaqədar Təbrizin mərkəzi həbsxanasında həbs müddətini keçirən siyasi fəal Məhəmməd Nəcəfi çərşənbə günü ayağında elektron qandalla həbsxanadan buraxılıb.

İnsan haqları ilə bağlı məlumat yayan "Abbas Lisani" Telegram kanalının xəbərinə görə, siyasi fəal məhkum olunduğu 6 il 7 aylıq həbs cəzasının qalan hissəsini müəyyən edilmiş bölgənin xaricinə çıxmamaq şərti ilə həbsxanadan kənarda keçirəcək.

Məhəmməd Nəcəfi 2019-cu ilin noyabr ayında artan benzin qiyməti ilə bağlı etirazlara qatılmaq ittihamı ilə saxlanılıb və "dövlət əmlakının dağıdılması və yandırılmasında iştirak etmək" ittihamı ilə üzləşmişdi.

O, daha sonra 6 il 7 aylıq həbs və 74 zərbə şallaq cəzasına məhkum edilərək Təbrizin mərkəzi həbsxanasına göndərilmişdi.

2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.

XS
SM
MD
LG