Accessibility links

ABŞ-ın şərq sahili Kanadadakı meşə yanğınlarının tüstüsünə bürünüb


ABŞ-ın şərq sahilindəki məktəblər açıq hava tədbirlərini ləğv edib, uçuşlar azalıb və milyonlarla amerikalı çərşənbə günü evdə qalmaq məcburiyyətində olub. Belə ki, Kanadada meşə yanğınlarının tüstüsü cənuba yayılaraq şəhərləri qalın sarı dumana bürüyüb.

ABŞ Milli Hava Xidməti faktiki olaraq bütün Atlantik sahilləri üçün havanın keyfiyyəti ilə bağlı xəbərdarlıq yayıb. Vermontdan Cənubi Karolinaya və Ohayo və Kanzasa qədər səhiyyə rəsmiləri sakinlərə xəbərdarlıq ediblər ki, açıq havada olmaq atmosferdəki incə hissəciklərin yüksək səviyyəsinə görə tənəffüs problemlərinə səbəb ola bilər.

ABŞ-ın özəl proqnoz xidməti AccuWeather yüksək hündürlükdən yer səviyyəsinə qədər uzanan qalın duman və hisin ABŞ-ın şimal-şərqini 20 ildən artıq müddətdə əhatə edən ən pis meşə yanğını tüstüsü epidemiyası adlandırıb.

Adətən bir neçə kilometrlik məsafədən görünən Nyu-Yorkun ikonik silueti tüstü dumanında görünməz olub.

Duman səbəbi ilə Federal Aviasiya Administrasiyasını Nyu-York şəhəri ərazisi, Filadelfiyaya və başqa yerlərindən hava nəqliyyatını gecikdirməyə məcbur edib, uçuş gecikmələri isə orta hesabla yarım saat təşkil edib.

Əsas çirkləndiriciləri ölçən havanın keyfiyyəti indeksi (AQI) Airnow-a görə, bəzi ərazilərdə yanğınlar nəticəsində yaranan hissəciklər də daxil olmaqla, göstəricilər 400-dən çox olub. Bu indeksdə 100 "qeyri-sağlam" və 300 isə "təhlükəli" hesab edilir.

Günorta saatlarında Pennsilvaniyanın Betlehem şəhərində 410 AQI ilə ölkənin ən pis hava keyfiyyəti indeksi müşahidə edilib.

Böyük şəhərlər arasında Nyu Yorkda çərşənbə günü günortadan sonra dünyada ən yüksək AQI 342 olub ki, bu da indeksdən təxminən iki dəfə çoxdur.

Kanadada yüzlərlə meşə yanğını 3,8 milyon hektar ərazini əhatə edir. Meşə yanğınları mövsümünün qeyri-adi erkən başlaması ilə 120 000 insan evlərini tərk etməyə məcbur olub.

XS
SM
MD
LG