Accessibility links

Co Bayden Böyük Britaniyanın Baş nazirini qəbul edib


ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunakı cümə axşamı Ağ Evdə qəbul edib. Danışıqlarda iqtisadi əlaqələri əhatə edəcəyi və Ukraynanı Rusiyanın işğalına qarşı müdafiəsində dəstəkləyəcəyi gözlənilir.

Sunakın səfəri onun oktyabrda Baş nazir olmasından sonra ABŞ-a ilk səfəridir, lakin o, Baydenlə bu il artıq üç dəfə görüşüb.

"İki lider bir sıra qlobal məsələləri, o cümlədən iqtisadi tərəfdaşlığımızı, Rusiyanın qəddar və işğalçı müharibəsinə qarşı özünü müdafiə edən Ukraynaya birgə dəstəyimizi, həmçinin təmiz enerji keçidini sürətləndirmək üçün gələcək tədbirləri nəzərdən keçirəcək", Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə bildirib.

"Prezident və baş nazir kritik və inkişaf etməkdə olan texnologiyalar üzrə ABŞ-Böyük Britaniya birgə rəhbərliyini, eləcə də iqtisadi təhlükəsizliyimizi gücləndirmək məsələsini müzakirə edəcək. Onlar, həmçinin əldə olunan nailiyyətləri qorumaq üçün birgə öhdəliklərinin bir hissəsi kimi Şimali İrlandiyada baş verən hadisələri nəzərdən keçirəcəklər.

Cümə axşamı günü keçiriləcək danışıqlardan əvvəl Sunak bildirib ki, o, ölkələrin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı ilə eyni ruhda daha sıx iqtisadi əlaqələrə can atacaq.

"Hərbçilərimiz arasında qarşılıqlı fəaliyyət bizə düşmənlərimiz üzərində döyüş meydanında üstünlük verdiyi kimi daha böyük və qarşılıqlı iqtisadi fəaliyyət də qarşıdakı onilliklərdə bizə mühüm üstünlük verəcək" - deyə, Sunak bildirib.

Baydenlə görüşdən əvvəl Sunak Konqres liderləri ilə danışıqlar aparıb və Arlinqton Milli Qəbiristanlığına əklil qoyulmasında iştirak edib. O, həmçinin komandanın ABŞ-Böyük Britaniya Dostluq Gününü qeyd etdiyi Washington Nationals beysbol oyununü izləyib.

XS
SM
MD
LG