Accessibility links

Yağış Kanadanın səmalarını tezliklə təmizləyəcək


Hökumətin meteoroloqu şənbə günü bildirib ki, yağış Kanadanın şərqində bazar günündən başlayaraq dumanlı havanı təmizləməyə yardım edəcək, lakin Kvebek əyalətində tüğyan edən meşə yanğınlarına bir neçə gün ərzində çata bilməyəcək.

Şənbə günü səhər Kanadada 144-ü Kvebekdə olmaqla 426 yanğın baş verib. Kanadada meşə yanğınları müntəzəm olaraq yayda baş verir, lakin hazırkı yanğının əhatə dairəsi və onun erkən başlamasımisli görünməmiş bir hadisədir.

Həm Atlantik, həm də Sakit okean sahillərində baş verən yanğınlar indiyədək 4,4 milyon hektar ərazini yandırıb, minlərlə kanadalı evlərini tərk etmək məcburiyyətində qalıb və Torontodan Nyu-Yorka qədər sakinlərin nəfəs darlığına səbəb olan tüstü yayılıb.

Federal meteoroloq Jerald Çen şənbə günü jurnalistlərə bildirib ki, bazar günü Ontarionun cənubunda və Kvebekin cənub-qərbində yağış gözlənilir ki, bu da tüstünün təmizlənməsinə kömək edəcək.

Çərşənbə axşamı günündən etibarən yağışın ən böyük yanğınların olduğu Kvebekin daha çox şimal hissələrinə çatacağı gözlənilir, lakin yağıntının yalnız 1-2 santimetr olacağı proqnozlaşdırılır.

Kvebekin şimalındakı şəhərlərdən 13 mindən çox insan təxliyə edilib. Britaniya Kolumbiyası Sakit okean əyalətində şənbə günü hava şəraiti yaxşılaşıb, yanğınsöndürənlər Alberta ilə şərq sərhədinə yaxın Roki dağlarının ucqar ətəklərində 20 000 hektarlıq böyük yanğınla mübarizə aparır.

Vankuverdən təxminən 1000 kilometr şimal-şərqdə, əsasən boşaldılmış Tumbler Ridge icmasına doğru əsən küləklər istiqamətini şərqə çevib.

Yanğın 2400 sakindən 150-yə yaxınının qaldığı Tumbler Ridge-dən 4 kilometr aralıdadır.

XS
SM
MD
LG