Accessibility links

Əkbər Azad 2 illik sürgün cəzasına çəkmək üçün İranın İlam vilayətinə göndərilib


Əkbər Azad
Əkbər Azad

Tehranda yaşayan yazar və türk dil haqları fəalı Əkbər Azad daha əvvəl məhkum olduğu 2 illik sürgün cəzasını çəkmək üçüm İlam vilayətinin Dərəşəhr şəhərinə göndərilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin yaydığı məlumata görə, tanınmış yazar və siyasi fəal bazar günü avtobusla Dərəşəhr şəhərinə doğru yola düşüb.

Hüquq müdafiəçiləri keçən həftələrdə Azadın sürgün cəzası ilə əlaqədar Baharistan məhkəməsinin icra şöbəsinə çağırıldığına dair məlumat yaymışdılar.

Əkbər Azad dil hüquqları uğrunda fəaliyyətlərindən dolayı Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı ilə bərabər 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Əkbər Azad 2021-ci ilin avqust ayında iki illik həbs cəzasını çəkmək üçün Böyük Tehran Həbsxanasına göndərilib ancaq sağlamlıq vəziyyəti üzündən bir müddət sonra şərti azadlığa buraxılmışdı.

Əkbər Azad bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdı. 2017-ci ilin fevral ayında Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Behnam Şeyxi Samanlı, Həmid Mənafi Nadarlı və Əlirza Fərşiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirdi.

XS
SM
MD
LG