Accessibility links

Amerikalılar Çinin kiberhücumlarına hazır olmalıdır


ABŞ-ın yüksək səviyyəli kibernetika rəsmisinin sözlərinə görə, Vaşinqton və Pekin arasında böyük güc rəqabəti faktiki münaqişəyə çevrilsə, Birləşmiş Ştatlar Çinin kritik infrastrukturuna hücumlarına qarşı durmaq və xilas olmaq üçün kifayət qədər dayanıqlı olmaya bilər.

ABŞ rəsmiləri Rusiyanın keçən il Ukraynaya təcavüzündən sonra ölkənin elektrik şəbəkəsi və su sistemləri üçün kibertəhlükəsizliyi gücləndirmək üçün səylərini artırıb.

Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) rəhbəri bazar ertəsi xəbərdarlıq edib ki, Çin zərbə vurmaq qərarına gəldiyi təqdirdə daha çox tədbir görülməlidir.

CISA direktoru Cen İsterli Aspendə auditoriya qarşısında çıxış edərək deyib: "Münaqişə olsa, Çin demək olar ki, kritik infrastrukturumuzun arxasınca getmək, hərbi yerləşdirməni gecikdirmək və cəmiyyətdə çaxnaşma yaratmaq üçün boru kəmərləri və dəmiryol xətlərini daxil etmək üçün aqressiv kiber əməliyyatlardan istifadə edəcək. Çinin dövlət aktyorlarından gələn təhlükənin nəhəng xarakterini, onların imkanlarının ölçüsünü, buna nə qədər resurs və səy sərf etdiklərini nəzərə alsaq, fəsadların qarşısını almaq bizim üçün çox çətin olacaq".

Bu, ABŞ rəsmilərinin Çinin kiberhücumlardan istifadə edərək əhəmiyyətli zərər vura biləcəyi barədə ilk xəbərdarlığı deyil.

Xəbərdarlıqların əksəriyyəti Çinin Tayvanı zorla almağa çalışdığı ssenarilərə əsaslanır.

“Çinlilərin 2027-ci ildə Tayvanı zəbt etmək planı varsa, mən gözləyərdim ki, onların bununla bağlı kiber planı da var” - deyə, yüksək səviyyəli müdafiə rəsmisi ötən aprel ayında jurnalistlərə bildirib.

Digər ABŞ rəsmiləri xəbərdarlıq edib ki, Çin Vaşinqtonun müdaxiləni dəf etmək qabiliyyətini minimuma endirmək məqsədi daşıyan açılış zərbəsinin bir hissəsi kimi Tayvan və ABŞ-a qarşı bir sıra kiberhücumlar təşkil edə edə bilər.

Çin ABŞ-ın iddialarını rədd edib.

Çin səfirliyinin sözçüsü Liu Pengyu Amerikanın Səsinə elektron poçtla göndərilən şərhdə deyib: “Biz hər zaman qanuna uyğun olaraq kiber hakerliyinin bütün formalarına qəti şəkildə qarşı çıxmışıq və onlara qarşı mübarizə aparmışıq”.

Keçən ay CISA Avstraliya, Britaniya, Kanada və Yeni Zelandiyadakı tərəfdaş agentliklərlə birlikdə ABŞ-ın kritik infrastrukturu ilə əlaqəli şəbəkələri hədəf alan Çinin Volt Tayfun kimi tanınan təhlükəli fəaliyyəti barədə xəbərdarlıq edib.

Bununla belə, İsterli bildirib ki, Colonial Pipeline pulqoparma hücumu və Çinin yüksək hündürlükdə casus şar panikası kimi son hadisələr Tayvanı əhatə edən ssenariyə əlavə olaraq, onun narahatlığına səbəb olub. O deyib ki, Amerikanın dayanıqlığını artırmaq üçün CISA tezliklə Rusiyanın Ukraynaya təcavüzündən sonra başlatdığına bənzər Çinə yönəlmiş "Qalxanlar" təbliğat kampaniyasına başlaya bilər.

Davam edən kampaniya özəl şirkətləri Rusiyanın özündən və ya Moskva adından hərəkət edən cinayətkar hakerlərinn potensial kiberhücumlardan qorunmaq üçün əlavə təhlükəsizlik tədbirləri görməyə təşviq edir.


XS
SM
MD
LG