Accessibility links

Ərdəbildə sel fəlakətində itkin düşən dörd qız və bir kişinin cəsədləri tapılıb


Ərdəbil vilayətinin Muğan bölgəsində çərşənbə günü meydana gələn sel fəlakətində itkin düşən 5 vətəndaşın cəsədləri kilometrlər uzaqda tapılıb.

Dövlət agentliyi İRNA-ya istinadən, cümə axşamı günü 13 yaşlı bir qız və 35 yaşlı bir kişinin cəsədi Germi şəhərinin Ağdaş kəndində, 6 yaşındakı bir qızın cəsədi Germinin Hac Əhmədli kəndində, habelə 8 və 4 yaşındakı qızların cəsədləri Biləsuvar şəhərinin Məscidli və Para Qışlaq kəndlərində tapılıb.

Cəsədləri tapılan vətəndaşlar Germinin Mikayıl Dərəsi kəndində baş verən daşqınlar nəticəsində itkin düşmüşdülər.

İyun ayının 14-də meydana gələn daşqınlar nəticəsində indiyədək ən az 6 nəfərin həyatını itirdiyi bildirilir. Fəlakətin ilk günündə də rəsmi mənbələrin bildirdiyinə görə, bir kəndlinin cəsədi tapılmışdı.

Son bir neçə həftə ərzində Ərdəbil vilayətinin Muğan bölgəsində bir neçə dəfə meydana gələn daşqınlar insani və maddi itkilərə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG