Accessibility links

Parisdə güclü partlayış baş verib, dörd nəfər yaralanıb


Çərşənbə günü Parisdə güclü partlayış baş verib, dörd nəfər yaralanıb. Yanğının tüstüsü günbəzli Panteon abidəsi üzərinə qalxıb. Hadisə binaların boşaldılmasına səbəb olub.

Partlayışın səbəbi hələ məlum deyil.

Paris polisi rəsmisi bildirib ki, 5-ci dairəsindəki binanın fasadı çöküb və təcili yardım xidmətləri içəridə hələ də kiminsə olub-olmadığını müəyyən etmək üçün çalışır.

Rayonun meri Florens Bertout dörd nəfərin "ciddi" vəziyyətdə olduğunu bildirib.

"Partlayış son dərəcə şiddətli idi" - deyə, o əlavə edib.

Hadisə yeri mühasirəyə alınıb və çoxlu sayda təcili yardım işçisi ərazidədir.

Paris polisinin sözçüsü Loubna Atta bildirib ki, yanğının mənbəyini müəyyənləşdirmək hələ tezdir və yanğının qaz partlayışından qaynaqlandığını təsdiqləyə bilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG