Accessibility links

Şərqi Azərbaycan apellyasiya məhkəməsi siyasi fəalın şikayətini təmin edib


Hüseyn Xudayi
Hüseyn Xudayi

Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi daha əvvəl Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilən siyasi fəal Hüseyn Xudayinin şikayətini təmin edib.

Hüseyn Xudayi 2022-ci ilin dekabr ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və təqribən 45 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Xudayi daha sonra "internet üzərindən ölkənin təhlükəsizliyini pozmaq məqsədilə Ərk adlı bölücü qruplaşmaya üzv olmaq" və "İslam Respublikasının müqəddəs nizamına qarşı təbliğat fəaliyyəti" göstərmək ittihamları ilə Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarıldı.

Məhkəmə türk fəala Ərk adlı qruplaşmaya üzv olmaq ittihamından dolayı 6 ay həbs cəzası verib, digər ittihamdan dolayı isə bəraət qərarı çıxardı.

Amerikanın Səsinin də surətini əldə etdiyi Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, Hüseyn Xudayinin 6 aylıq həbs cəzası ləğv edilib. Fəqət, Təbrizin ümumi və inqilab prokurorluğunun da Xudayinin ilkin məhkəmədə bəraət aldığı "nizama qarşı təbliğat" ittihamı ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət etməsi səbəbilə siyasi fəalın mühakimə prosesi davam edəcək.

XS
SM
MD
LG