Accessibility links

ABŞ: Priqojinin üsyanı Putin rejimində çox ciddi çatların olduğunu göstərir


Birləşmiş Ştatlar iyunun 25-də bildirib ki, muzdlu döyüşçülərin Rusiya hərbi rəhbərliyinə qarşı qısamüddətli üsyanı prezident Vladimir Putinin 20 illik hakimiyyəti dövründə "çox çiddi çatların" olduğunu göstərir və Rusiyanın Ukraynaya qarşı 16 aydır davam edən müharibəsinin mahiyyətini sual altına alır.

ABŞ dövlət katibi Antoni Blinken ABC telekanalının “This Week” verilişində bildirib ki, “müharibə Putinin iqtisadi, hərbi, geopolitik və demək olar ki, hər istiqamətində strateji iflasla nəticələnib.”

Priqojinin Putini hədəfləyən etirazına reaksiya olaraq Blinken “biz çatların yarandığını müşahidə edirik” deyib. Rusiyada son iki gündə baş verənlərin səbəbləri və nəticələri ilə bağlı spekulasiya etmək istəmədiyini deyən dövlət katibi hadisələrin davam edəcəyini düşündüyünü əlavə edib.

Putin Ukrayanda Rusiya qüvvələri ilə yanaşı döyüşən muzdluların rəhbəri, “köhnə müttəfiq” adlandırdığı Priqojini onun rejiminə qarşı üsyana qalxdıqdan sonra “xəyanətkar” adlandırıb. Daha sonra isə Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə edirlən razılaşmaya əsasən, Putin Priqojinin mühakimə edilməyəcəyini və qonşu Belarus ərazisinə keçməyə icazə veriləcəyini deyib.

Amma hələlik Priqojinin Belarus gedib-getmədiyi və özü ilə hərbi kontinqent aparıb-aparmadığı məlum deyil.

Rusiya Priqojinin qısamüddətli üsyanına qoşulmayan muzdlularına Ukraynada Rusiya ordusu ilə bərabər döyüşmək üçün müqavilələr imzalamağa icazə veriləcəyini bildirib. Lakin Blinken Priqojinin ardınca Rusiyaya daxil olan muzdluların taleyinin aydın olmadığını söyləyib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG