Accessibility links

ABŞ komandanlığı: Azərbaycan Silahlı Qüvvələrinin Avropanın təhlükəsizliyinin gücləndirilməsinə töhfəsini alqışlayırıq


Foto ABŞ-ın Avropa Komandanlığının Twitter səhifəsindən götürülüb
Foto ABŞ-ın Avropa Komandanlığının Twitter səhifəsindən götürülüb

“Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə biz Azərbaycan qüvvələrinin Avropa təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələri alqışlayırıq”.

Bu barədə ABŞ-ın Avropa Komandanlığının Twitter hesabında bildirilib.

“Biz onların Oklahoma ilə davamlı tərəfdaşlığını yüksək qiymətləndiririk”, təbrikdə qeyd edilib.

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

105 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi birləşmə-Xüsusi korpus yaradılıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilib. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinə Döyüş bayrağı təqdim edərkən deyib ki, Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılmasına başlanılıb.

“Hazırkı Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Ordu quruculuğuna, yeni silah və texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi qədər dövlət vəsaiti ayrılır”, o qeyd edib.

XS
SM
MD
LG