Accessibility links

İspaniyanın baş naziri Ukraynada səfərdədir


Aİ-nın Prezidentliyini icra edən İspaniyanın baş naziri Pedro Sançez iyulun 1-də Prezident Volodimir Zelenski və başqa rəsmilərlə görüşmək, eləcə də Aİ-nın Ukraynaya davamlı dəstəyini nümayiş etdirmək üçün Kyivə səfər edib. Bu, İspaniyanın Avropa İttifaqı Şurasına 6 aylıq prezidentlik müddətinin ilk gününə təsadüf edib.

El Mundo-nun məlumatına görə, Sançez Ukrayna parlamenti Verxova Radada çıxış edərək, kiçik bizneslər və məktəblərə dəstək məqsədilə Ukraynaya yeni 55 milyon dollarlıq yardım paketini elan edib.

Sançezin səfəri zamanı Zelenski ilə də görüşməyi planlaşdırdığı deyilir.

Səfər Ukraynanın mülki və hərbi liderləri Kyivin 16 ay öncə başlatdıqları hərbi müdaxilə zamanı ölkəyə daxil olan Rusiya qüvvələrini geri göndərmək üçün yavaş, ancaq davamlı irəliləyən Kyivin əks-hücumuna dəstək vermək üçün qabaqcıl silah, o cümlədən döyüş təyyarələri təchizatına çağırdığı bir vaxta təsadüf edir.

Sançezin Kyivdə “biz sizinləyik və lazım olduğu müddətdə olacağıq” və “Mən sizə demək istəyirəm ki, biz, bədəli nə olursa olsun, Ukraynanı dəstəkləyəcəyik” dediyi bildirilir.

Sançez Ukrayn nümayəndə heyəti tərəfindən qarşılandığı Kyivdəki qatar stansiyasından video paylaşıb.

“Mən istədim ki, İspaniyanın Avropa İttifaqı şurasındakı prezidenliyinin ilk addımı @ZelenskyyUa ilə birlikdə Ukraynada olmaq olsun,” Sançez video ilə birlikdə paylaşıb.

Sançez əlavə edib ki, o, Urkayna parlamenti və hökumətinə “bütün Avropanın həmrəyliyini” çatdıracaq.

“Biz Avropaya sülh qayıdana qədər Ukrayna xalqına dəstəyimizi davam etdirəcəyik,” o deyib.

Sançezin Ukraynaya Polşadan səfər etdiyi deyilir.

Səfər bu ayın sonunda Litva paytaxtında keçiriləcək NATO sammitindən öncəyə təsadüf edib. Həmin sammitdə transatlantik müttəfiqlərin Aİ və NATO üzvlüyünə qəbul edilmək çağırışlarnı kəskin şəkildə intensivləşdirən Ukrayna ilə münasibətlərin yol xəritəsi və strategiyasını müəyəynləşdirəcəkləri gözlənilir.

NATO-nun Vilnüs sammitində Ukraynaya üzvlük təklif edəcəyi gözlənilmir, baxmayaraq ki, bir çox qərb liderləri və başqa rəsmiləri iddia edir ki, Rusiya ilə münaqişə, bunun nəticəsində Qərbin təmin etdiyi hərbi texnika və təlimlər, eləcə də ukraynalıların öz ölkələrini qətiyyətlə müdafiə etmələri Ukrayna ordusunu Avropanın elit döyüş qüvvəsinə çevirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG