Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşları Fransaya səfər etməməyə çağırıb


Xarici İşlər Nazirliyi (Mənbə: VOA)
Xarici İşlər Nazirliyi (Mənbə: VOA)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransada iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb.

Nazirliyin vətəndaşlara xəbərdarlığında deyilir ki, "Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq," Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransaya səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

“Hazırda Fransada olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur", nazirlik bildirib.

Nazirlik Fransadakı vətəndaşların konsulluq və digər müraciətləri üçün Azərbaycanın Fransadakı Səfirliyi ilə əlaqə saxlamalarını xahiş edir.

Xatırladaq ki, Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsi iğtişalara səbəb olub. İğtişaşlar nəticəsində çoxsaylı avtomobillər yandırılıb, mindən çox insan polis tərəfindən saxlanılıb.

XS
SM
MD
LG