ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin rəsmiləri şəhərin cənub hissəsində əyləncə tədbiri zamanı 30 insana atəş açıldığını bildirib.
Polis iki nəfərin öldüyünü, üç nəfərin isə ağır vəziyyətdə olduğunu bildirib.
Baltimor meri Brendon Skot CNN-ə bildirib ki, atışma təkcə Baltimorda deyil, bütün ölkədə silahlara "əlçatımlıqla məşğul olmaq ehtiyacını" qabardır.
Baltimor polis rəsmisi Riçard Vorli cinayət yerini "ağır" adlandırıb və zərər çəkmiş 20 şəxsin xəstəxanaya piyada gedə bildiyini deyib.
Skot hücum edənlərə müraciət edərək, “istəyirəm ki, məsuliyyət daşıyanlar məni eşitsinlər və məni çox aydın eşitsinlər. Sizi tapana qədər dayanmayacağıq və tapacağıq."