Accessibility links

Polşa təhlükəsizliyin gücləndirilməsi məqsədilə Belarusla sərhədə 500 polis göndərir


Polşa rəsmilərin iyulun 2-də bildiriblər ki, artan miqrantların sayının öhdəsindən gəlmək, o cümlədə "Vaqner" muzdlularının Belarusa köçməsindən sonra potensial hədələrə hazırlıqlı olmaq üçün sərhədə 500 polis göndərəcək.

Verilən məlumata görə, polis qüvvələri 5,000 sərhədçi və 2,000 əsgərlə birlikdə sərhədin təhlükəsizliyini təmin edəcək.

Polşa 2021-ci ildən bəri Belarusu Yaxın Şərq və Afrikadan insanları gətirərək, sərhəddə süni şəkildə miqrant böhranı yaratmaqda və onları sərhəddən keçirməyə cəhd etməkdə ittiham edib.

Polşa Sərhəd Mühafizəsi iyulun 2-si bildirib ki, öncəki gün 187 nəfər Belarusdan Polşaya qeyri-qanuni yolla keçməyə cəhd edib. Əlavə edilir ki, bu rəqəmlər son aylarda artmağa davam edir. Bununla bərabər mövcud vəziyyət 2021-ci ildə müşahidə edilən saydan xeyli aşağıdır.

Polşa xüsusi xidmətlər nazirinin müavini Stanislav Zarin Reuters agentliyinə bildirib ki, sərhədə əlavə qüvvələrin cəlb edilməsi həm də "Vaqner" qrupu muzdlularının Belarusa köçürülməsi ilə bağlıdır.

Rusiya prezidenti Vladimir Putinin "Vaqner" özəl hərbi şirkətin qoşunlarına Belarusa köçmə seçimini təklif etmək qərarı NATO-nun şərq üzvləri arasında regionda qeyri-sabitliyə səbəb olacağı ilə bağlı narahatlıqlarına səbəb olub.

XS
SM
MD
LG