Accessibility links

4 iyul bayramının mənşəyi və ənənələri haqqında nə bilmək lazımdır


4 iyul Amerikanın özü deməkdir: paradlar və yeməklər, soyuq pivə və əlbəttə ki, atəşfəşanlıq.

Bu pirotexniki vasitələr bu günü təhlükəli bir bayrama çevirir və adətən təcili yardım üçün 10 000-dən çox hadisə ilə nəticələnir. Bununla belə, atəşfəşanlıq 247 ildir davam edən Müstəqillik Gününün mərkəzində yer alır.

Atəşfəşanlıq Amerikanın bir dövlət olmasından təxminən əsrlər əvvəl olub. Amerika Pirotexnika Assosiasiyası bildirir ki, bir çox tarixçilər atəşfəşanlığın ilk dəfə eramızdan əvvəl II əsrdə yaradıldığına inanır.

Qədim Çində bambuk budaqlarını atəşə ataraq, içi boş hava cibləri həddindən artıq qızdığından partlayışlara səbəb olurdu. Assosiasiya bildirir ki, 15-ci əsrə qədər atəşfəşanlıqdan Avropada dini festivallar və ictimai əyləncələr üçün geniş istifadə olunurdu və ABŞ-ın ilk köçkünləri bu ənənələri davam etdirib.

Bayram Konqresin 4 iyul 1776-cı ildə Müstəqillik Bəyannaməsini, koloniyaların Böyük Britaniyadan ayrılmasını elan edən sənədi yekdilliklə qəbul etməsini qeyd edir.

Bir il sonra Filadelfiyada spontan bir bayramla Amerikanın müstəqilliyinin ildönümünü qeyd edilib.

Lakin böyüyən ölkədə ildönümlər yalnız 1812-ci il müharibəsindən sonra adi hala çevrilibi. Konqres Kitabxanası qeyd edir ki, bayram 19-cu əsrdə Eri və Baltimor kanallarının və Ohayo dəmir yolunun təməlqoyma mərasimləri kimi əsas tarixi hadisələr üst-üstə düşüb.

Corc Vaşinqtondan Co Baydenə qədər prezidentlər dövlətin doğum gününü iyulun 4-də qeyd edib: Adams istisna olmaqla.

Adams iyulun 4-də bayramı qeyd etməkdən imtina edib, çünki o, Müstəqillik Gününün iyulun 2-i olduğunu hesab edib. Niyə? 2 iyul 1776-cı ildə Kontinental Konqres müstəqillik qətnaməsinin lehinə səs verib, baxmayaraq ki, İstiqlal Bəyannaməsi rəsmi olaraq iki gün sonra qəbul edilib.

Amerika Pirotexnika Assosiasiyasının statistikası göstərir ki, 2000-ci ildə Amerika istehlakçıları atəşfəşanlığa 407 milyon dollar xərcləyiblər.

2022-ci ilə qədər bu rəqəm 2,3 milyard dollara yüksəlib. Ən böyük sıçrayış ictimai atəşfəşanlıq nümayişlərinin bağlandığı COVID-19 pandemiyası zamanı baş verib. İstehlakçı satışları 2019-cu ildəki 1 milyard dollardan 2020-ci ildə 1,9 milyard dollara yüksəlib.

XS
SM
MD
LG