Accessibility links

BMT süni intellektin təhlükəsinə dair ilk toplantısını keçirəcək


Barbara Vudvord
Barbara Vudvord

BMT-nin Təhlükəsizlik Şurası süni intellektin beynəlxalq sülh və təhlükəsizliyə potensial təhdidlərinə dair toplantı keçirəcək. Bu, Böyük Britaniya tərəfindən təşkil edilən və eyni zamanda süni intellektdən avtonom silahlarda və ya nüvə silahlarında mümkün istifadəsi ilə bağlı böyük risklərə dair iclas olacaq.

Böyük Britaniya səfiri Barbara Vudvord 18 iyul iclasını şuranın buaykı sədrliyinin mərkəzi elan edib. Buraya süni intellekt üzrə beynəlxalq ekspertlərin çıxışları da yer alacaq. Həmçinin keçən ay süni intellektin ən qabaqcıl forması ilə bağlı həyəcan təbili çalan Baş katib Antonio Quterreşin iştirakı gözlənilir.

Quterreş sentyabr ayında BMT-nin qəbul edə biləcəyi təşəbbüsləri hazırlamaq üçün süni intellekt üzrə məsləhət şurası təyin etməyi planlaşdırdığını açıqlayıb. O, həmçinin BMT-nin süni intellekt üzrə yeni agentliyinə müsbət reaksiya verəcəyini deyib və biliyə əsaslanan və bəzi tənzimləyici səlahiyyətlərə malik olan Beynəlxalq Atom Enerjisi Agentliyini model olaraq göstərib.

Vudvord Böyük Britaniyanın "süni intellektin həm böyük imkanların, həm də risklərin idarə edilməsi üçün çoxtərəfli yanaşmanı təşviq etmək istədiyini"və "bunun qlobal səy tələb edəcəyini" vurğulayıb. O, süni intellektin BMT-nin inkişaf proqramlarına kömək etmək, humanitar yardım əməliyyatlarını təkmilləşdirmək, sülhməramlı əməliyyatlara yardım və münaqişələrin qarşısının alınmasına, o cümlədən məlumatların toplanması və təhlilinə dəstək olmaq potensialına istinad edərək, faydaların böyük olduğunu deyib.

Avropa ChatGPT kimi süni intellekt chatbotlarına insan əməyinə bənzəyən mətn, şəkillər, video və audio yaratmaq imkanı verən yeni nəsil süni intellektin yaranması ilə aktuallaşan süni intellektin tənzimlənməsi səylərində dünyaya liderlik edir.

İyunun 14-də Avropa İttifaqının qanunvericiləri süni intellektlə bağlı dünyanın ilk hərtərəfli qaydalarına dair qanuna imza ataraq, bütün dünya üzrə səlahiyyətlilərin süni intellektə çıxışlarına əsas maneəni aradan qaldırıb.

Vudvord bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının iclası çox sürətlə inkişaf edən yeni texnologiya olan süni intellektlə bağlı ekspert fikirlərini dinləmək və şuranın 15 üzvü arasında müzakirəyə imkan verəcək.

XS
SM
MD
LG