Accessibility links

Pakistanda ordu mayoru və 3 əsgər həlak olub


Pakistanın şimal-qərbində yaraqlılarla toqquşma və kamikadzenin avtomobili partlayışı nəticəsində bir ordu mayoru da daxil olmaqla, azı dörd əsgər həlak olub.

Hərbi bəyanatda deyilir ki, cümə axşamı zorakılıq Əfqanıstanla həmsərhəd olan Xaybər Paxtunxva əyalətinin Xaybər və Şimali Vəziristan rayonlarında baş verib. Bəyanatda deyilir ki, Pakistan təhlükəsizlik qüvvələri çərşənbə günü axşam saatlarında Xeybərdə "terrorçuların" sığınacağına qarşı "kəşfiyyata əsaslanan əməliyyat" keçirib və bundan sonra baş verən atışmada əməliyyata rəhbərlik edən mayor Mian Abdulla Şah öldürülüb.

"Üç terrorçu və onların köməkçiləri tutulub" - deyə, məlumatda əlavə edilib.

Təhrik-i-Taliban Pakistan və ya ölkədə təhlükəsizlik qüvvələrinə qarşı ölümcül hücumlar həyata keçirən qeyri-qanuni qrup TTP döyüşçülərinin hərbi basqının hədəfi olduğunu təsdiqləyib.

Pakistan Talibanı kimi də tanınan qrup jurnalistlərə göndərdiyi bəyanatda TTP döyüşçülərinin qisas aldığını və təhlükəsizlik qüvvələrinə bir neçə itki verdiyini iddia edib.

İddiaları zorakılığın hökm sürdüyü Pakistan bölgələrindəki müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Ordu bildirib ki, toqquşmalar Şimali Vəziristanda kamikadzenin partlayıcılarla dolu avtomobilini işə salmasından bir neçə saat sonra baş verib.

"Kamikadze təhlükəsizlik qüvvələrinin postunu hədəf almaq niyyətində olub. Bununla belə, kamikadzenin növbətçi əsgərlər tərəfindən vaxtında tutulması böyük fəlakətin qarşısını alıb", ordunun bəyanatında deyilir.

Partlayışın məsuliyyətini heç bir qrup üzərinə götürməyib, lakin şübhələr Şimali Vəziristan rayonunda müntəzəm olaraq hücumlar həyata keçirən TTP-nin üzərindədir.

XS
SM
MD
LG