Accessibility links

Türkiyə NATO sammitindən öncə İsveçin üvzlüyü ilə bağlı təzyiqlərə müqavimət göstərir


Türkiyə NATO sammitindən öncə İsveçin üvzlüyü ilə bağlı təzyiqlərə müqavimət göstərir
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Türkiyə NATO sammitindən öncə İsveçin üvzlüyü ilə bağlı təzyiqlərə müqavimət göstərir

Türkiyə NATO-dakı müttəfiqlər tərəfindən İsveçin üzvlük iddiasına etirazını aradan qaldırmaq üçün getdikcə artan təzyiqlərlə üzləşir. Lakin Ankara tələbləri yerinə yetirilməyənə qədər mövqeyini dəyişməyəcəyini bildirir. Təhlilçilər vəziyyətdən çıxış yolunun çox güman ki, Litva paytaxtı Vilnüsdə qarşıdan gələn NATO sammitində tapıla biləcəyini bildirir.

NATO sammiti ərəfəsində ABŞ prezidenti Co Bayden İsveçin baş naziri Ulf Kristersona İsveçin hərbi alyansa üzv olmaq istəyini dəstəklədiyini bir daha bəyan edib.

ABŞ prezidenti Co Bayden:

“Birləşmiş Ştatlar İsveçin NATO-ya üzvlüyünü tam, tam və tam dəstəkləyir”.

NATO üzvü olan Türkiyə İsveçin alyansa qoşulmaq istəyinə qarşı etirazını geri çəkməsi üçün artan təzyiqlərlə qarşılaşır.

Ankara Stokholmdan Türkiyəyə qarşı üsyan qaldıran və ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan kürd separatçı qruplaşması olan PKK-nın fəaliyyətini dayandırmağı tələb edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Stokholmun addımlar atdığını etiraf etsə də, bunun yetərli olmadığını bildirib.

İsveç rəsmiləri bu yaxınlarda Quranın ictimai şəkildə yandırılmasına müdaxilə etməyib və təhlilçilər bununla Ankaranın Stokholma olan inamının daha da sarsıldığını deyirlər.

Soli Özel, Kadir Has Universiteti (kişi)

“Bu, ümumi hissiyyatsızlıq kimi şərh olunur. Amma eyni zamanda, belə də şərh edilir ki, isveçlilər istədiklərini əldə edənə qədər, təbii ki, NATO-ya üzv olana qədər özlərini doğru şeylər etmiş kimi göstərəcəklər və sonra hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Düşünürəm ki, buna işarə edilir”.

İsveç və Türkiyə diplomatları vəziyyətdən çıxış yolu tapmaq üçün cümə axşamı NATO nümayəndələri ilə görüşüb. NATO-nun baş katibi Yens Stoltenberq irəliləyiş olduğunu, lakin inkişafın əldə edilmədiyini bildirib. Təhlilçilər deyirlər ki, Ankara eyni zamanda Vaşinqtondan çoxdan gözlənilən hərbi təyyarələrin satışı da daxil olmaqla güzəştlər istəyir.

Aslı Aydıntaşbaş, Brookinqs İnstitutu (qadın)

“Bu, Vilnüs sammitində dəqiqləşə bilər, amma baş verməyə də bilər, lakin mənim fikrimcə, [Türkiyənin nə istədiyi] məsələsi indi bir qədər daha çox gündəmə gələ bilər. Prezident Ərdoğan hər zaman ABŞ-ın, Bayden administrasiyasının Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi müqabilində işə qarışıb bəzi güzəştlər təklif etməsini istəyir”.

Ərdoğanın yaxın müttəfiqi olan Macarıstanın baş naziri Viktor Orban da İsveçin təklifini hələ dəstəkləməyib və NATO-nun genişlənməsi ilə bağlı Türkiyənin mövqeyini izləyəcəyinə işarə edib.

Təhlilçilər qeyd edirlər ki, Ərdoğan dünya liderləri ilə üz-üzə sövdələşmələr aparmağı xoşlayır. Onlar İsveçin üzvlüyü ilə bağlı hər hansı razılaşmanın gələn həftə keçiriləcək NATO sammitində, bütün tərəflərin üz-üzə görüşmək şansı olduqda əldə oluna biləcəyini proqnozlaşdırırlar.

Ərdoğan uzun müddətdir Baydendən Vaşinqtona dəvət almağı arzulayır. Təhlilçilər bunun NATO sammitində ehtimallar sırasında olduğunu deyirlər.

İsveç üçün bu, gərgin bir gözləntidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG