Accessibility links

Bayden və Sunak NATO sammiti öncəsi Ukraynadakı vəziyyəti müzakirə edib


Müttəfiqlərin Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlaşdığı bir vaxt ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunakın London görüşünün gündəminin əsas mövzusu Ukraynadakı müharibə olub. Bu, altı ayda liderlərin altıncı görüşüdür. Baydenin Avropaya beş günlük səfəri üç ölkəni əhatə edəcək.

"Bizim danışacaq çox şeyimiz var. Biz müsbət istiqamətdə irəliləyirik" - deyə, Bayden bildirib.

İyun ayında Bayden Ağ Evdə Sunakı qəbul edərək, Çinin dünyadakı nüfuzuna qarşı mübarizə üçün qabaqcıl texnologiyalar, təmiz enerji və kritik minerallar üzrə əməkdaşlıq etməyi öhdəsinə götürərək Atlantik Bəyannaməsini qəbul edib.

Bayden Vilnüsə getməzdən əvvəl bazar ertəsi İngiltərə kralı Çarlz ilə də görüşməlidir.

Türkiyənin israrlı etirazlarına görə NATO-nun İsveçi 32-ci üzv kimi qəbul edəcəyi ehtimalı azdır.

Britaniyaya uçuş zamanı Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb, Ankaranı İsveçin üzvlüyünə razılıq verməsinə çalışıb.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Londona gedərkən Amerikanın Səsinə müsahibəsində deyib: "Mən nə qədər yaxın, nə qədər uzaq olduğunu deyə bilmərəm. Lakin İsveçin mümkün qədər tez NATO-ya qəbul edilməsinə inanırıq. Biz inanırıq ki, bunun üçün bir yol olmalıdır."

Ankara bildirib ki, İsveç düzgün istiqamətdə bəzi addımlar atıb, lakin Stokholmun NATO-ya üzv olmaq ərizəsini dəstəkləmək üçün kifayət qədər irəliləyiş əldə etməyib. Ankara İsveçi Türkiyənin terror qrupları hesab etdiyi silahlı kürd təşkilatlarına qarşı çox yumşaq davranmaqda ittiham edib.

Türkiyənin tələblərindən sonra İsveç yeni antiterror qanunu da daxil olmaqla, islahatlar həyata keçirib. Ərdoğan əvvəlcə Finlandiyanı da eyni əməldə günahlandırsa da, aprel ayında Helsinkinin NATO-ya üzvlük ərizəsini təsdiqləyib.

NATO-nun baş katibi Yens Stoltenberq Ərdoğan və İsveçin baş naziri Ulf Kristerssonu bazar ertəsi Vilnüsdəki görüşdə mövqelərini müzakirə etməyə dəvət edib.

Bütün NATO ölkələri yeni üzv ölkələrin qəbulunu ratifikasiya etməlidir.

ABŞ lideri daha sonra 31 dövlətdən ibarət Qərb hərbi alyansının liderləri ölkənin cənub-şərq hissəsindəki əraziləri geri almaq üçün Ukraynanın əks-hücum əməliyyatının vəziyyətini müzakirə edəcək.

ABŞ başda olmaqla, NATO ölkələri Ukraynaya milyardlarla dollarlıq silah göndərib. Kyiv qüvvələrinin yüzlərlə raketi vurduğuna baxmayaraq, Rusiyanın hava bombardmanlarının onlarla ukraynalı mülki vətəndaşı öldürməyə davam etdiyini bildirir. Yerə düşən bombalar dağıdıcı olduğu üçün insanları ölür və yaşayış binaları məhv edilir.

NATO sammitindən sonra Bayden Finlandiyanın İkinci Dünya Müharibəsindən sonra yaradılmış hərbi ittifaqa bu yaxınlarda qoşulmasını qeyd etmək və Skandinaviya liderləri ilə görüşmək üçün Finlandiyanın paytaxtı Helsinkiyə gedəcək.

Finlandiya aprel ayında NATO-ya qoşulub və Rusiyanın dünyanın ən böyük təhlükəsizlik ittifaqı ilə sərhədini ikiqat gücləndirib. Bayden NATO ittifaqının güclənməsini Moskvanın təsirinin azalmasının əlaməti kimi xarakterizə edib.

Bayden may ayında Londonda Çarlzın tacqoyma mərasimində iştirak etməmişdi. ABŞ-ı birinci xanım Cill Bayden təmsil etmişdi.

Bayden keçən ay Ağ Evdə Sunakı qəbul edib. NATO-nun baş katibi Yens Stoltenberq də keçən ay Ağ Evdə Baydenlə görüşüb və iki lider Ukraynaya Rusiyaya qarşı müharibədə davamlı dəstək verəcəklərini vəd edib.

XS
SM
MD
LG