Accessibility links

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi təyin olunub


Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub
Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub

Ceyhun Həsənov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Bu barədə iyulun 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Mirsaleh Seyidov ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin olunub.

Ədliyyə general-leytenantı Ceyhun Həsənov 2016-cı ildən Penitensiar xidmətin rəisi vəzifəsini daşıyırdı. Ədliyyə polkovniki Mirsaleh Seyidov Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Mirsaleh Seyidovun adı bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılanda hallanmışdı. Mehman Hüseynov 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı Əli Abdalova xəsarət yetirməkdə ittiham olunurdu. Bloger ittihamın yalan və böhtan olduğunu bildirmişdi. Həmin vaxtlar Hüseynova qarşı yeni cinayət işi başlanılmışdı. Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirmiş və onun aclıq aksiyasına geniş ictimai dəstək verilmişdi.

2019-cu ilin yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verdi. Elə həmin gün də Mirsaleh Seyidovun kabinetində Əli Abdalovla bloger Mehman Hüseynovun barışması videosu yayıldı.

XS
SM
MD
LG