Accessibility links

Polşada zoopark Ukraynadakı müharibə bölgəsindən heyvanları xilas etməyə kömək edir


Polşada zoopark Ukraynadakı müharibə bölgəsindən heyvanları xilas etməyə kömək edir
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Polşada zoopark Ukraynadakı müharibə bölgəsindən heyvanları xilas etməyə kömək edir

Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan qaçanlar arasında aslanlar, pələnglər və başqa heyvanlar var ki, onlar Ukrayna zooparklarından Polşada Poznan zooparkına köçürülüblər. Bu, onların Qərbi Avropa və Birləşmiş Ştatlarda yeni evlərinə köçmədən əvvəl ilk dayanacaqlarıdır.

Asya adlı aslan və onun və üç balası artıq iki həftədir Poznan zooparkında yaşayır. Onların fiziki sağlamlıqları yaxşılaşsa da, zoopark işçiləri deyirlər ki, bu dörd aslan hələ də psixoloji cəhətdən çətinlik çəkir.

"Onların hamısı insanların olması səbəbindən, ancaq raketlər, dron hücumları ilə əlaqəli travmatik təcrübələrdən sonra da bir az stresslidirlər," Poznan Zooparkının direktoru Eva Zqrabçiska deyir.

Asya Ukraynanın şərqində Donetsk bölgəsində qeyri-qanuni özəl yetişdiricinin əlindən xilas edilib. Bu, Ukrayna ordusu və Ukrayna Vəhşi Heyvanların Xilas Mərkəzinin birgə əməliyyatının bir hissəsi olub.

“Ordumuz bəzi əraziləri azad etdiyində, onlar bu cür heyvanları tərk edilmiş vəziyyətdə, qəfəsdə, yeməksiz və susuz bir halda tapırlar, çünki sahibləri atışmadan qaçır və onları geridə qoyur,” Popova bildirir.

Müharibədən əvvəl, Natalia sahiblərinin əlində dəhşətli şəraitdə saxlanılan vəhşi heyvanları xilas edirdi. Müharibə səbəbilə onun səyləri iki qat artıb və könüllülər bildirir ki, onlar cəbhə xəttində tərk edilmiş heyvan tapanda, ona zəng etməlidirlər.

“Bizim maşınımızda hər zaman benzin, qəfəs və anesteziya dərmanı olur. Mənə indi zəng gəlsə, dərhal gedə bilərəm,” Popova deyir.

Xilas edilən bütün heyvanlar ilk öncə Popovanın Kyiv bölgəsindəki mərkəzinə aparılır.

Karantindən sonra onlar Polşa sərhədinə müvəqqəti olaraq Poznandakı zooparka göndərilir. Müharibə başlayanda zooparkın direktoru Eva Zqrabçiska Nataliaya yardım təklif edib. Onlar birlikdə yüzlərlə heyvan xilas ediblər.

“200-dən çox böyük yırtıcı və daha kiçik heyvan növləri, 50-dən çox aslan, başqa pələnglər, pişiklər və tülkü kimi kiçik yırtıcılar,” Eva Zqrabçiska deyir.

Burada Poznanda heyvanlara qulluq göstərilir. Bir yandan isə zoopark işçiləri onlar üçün daimi yaşayış yeri axtarır. Ukraynanın şərqindən iki ayı, Çip və Deyl, artıq demək olar ki, yeni səyahətə hazırdırlar.

“Biz onları səyahətlərinin növbəti hissəsinə hazırlayırıq. Mən ümid edirəm ki, Rumıniyada Brasov zooparkı onların son dayacağı olacaq. Çip və Deyl burada qala bilməz, çünki bizim ayılar üçün sığınacağımız doludur. Bizim özümüzdə beş ayı var,” Poznan Zooparkının Təhsil və Təbliğat Şöbəsindən Remigyuş Kozinski deyir.

Burada körpə ikən gələn üç pələng hələ də təklif gözləyirlər. Kor bir canavar Yunanıstana göndəriləcək. Aslan Asya və balalarının da artıq bir evi var.

“Bizim onlar üçün yaxşı yerimiz var. Bu, Böyük Britaniyada Yorkşayr Vəhşi Təbiət Parkıdır və onlar bir ailə qrupu olaraq bu gözəl yerə səyahət edəcəklər,” Eva Zqrabçinska deyir.

Heyvanları evakuasiya etmək və zooparklarda saxlamaq son dərəcə bahadır, ona görə də Natalia Popova və Poznan Zooparkı Beynəlxalq Heyvanların Rifahı Fondu və özəl donorlardan yardım alır.

XS
SM
MD
LG