Accessibility links

Jalə Təbrizli: BMT-nin İrandakı son etirazlarla bağlı fakt-araşdırma missiyası işini ciddi yürüdür


Jalə Təbrizli
Jalə Təbrizli

Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə BMT-nin İrandakı son etirazlarla əlaqədar təşkil etdiyi fakt-araşdırma missiyası tərəfindən verilən ilk açıqlamalar haqqında danışıb.

Təbrizli müsahibədə həmçinin bu yaxınlarda Tehran məhkəməsinin milli fəal Mahmud Ocaqlıya qarşı çıxardığı 16 illik həbs cəzasını dəyərləndirib.

Jalə Təbrizli: BMT-nin İrandakı son etirazlarla bağlı fakt-araşdırma missiyası işini ciddi yürüdür
please wait

No media source currently available

0:00 0:13:05 0:00
Direct link

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk fəal Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsi tərəfindən "qanunsuz fəaliyyət məqsədilə toplaşmaq və əlbir olmaq", "nizama qarşı təbliğat fəaliyyəti" göstərmək, "milli təhlükəsizliyi pozmaq məqsədilə Azərbaycan Milli Hərəkatı qruplaşmasına üzv olmaq" və "vətəndaşları müharibə və qarışıqlığa sövq etmək" ittihamlarından dolayı müvafiq olaraq 5 il, 1 il, 5 il və 5 il həbs cəzasına məhkum edilib.

Jalə Təbrizli deyir ki, "İslam Respublikası çox yanlış bir qərar çıxarıb. Bizim fəallar mədəni fəaliyyətlər edirlər. Silahsız fəaliyyət edirlər. Onların fəaliyyəti düzgün və qanunidir. Onlar qanundan çıxmırlar. İstəkləri də hüquqi istəklərdir. O, istəklər ki, həm çoxu konstitusiyada var, həm də insan haqları çərçivəsində yerləşir."

Mahmud Ocaqlı siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarmaqla məşhur olan hakim Əbülqasim Salavati tərəfindən mühakimə edilib. Salavati dekabr 2019-da ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Jalə Təbrizli və mənsub olduğu Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) digər üzvləri bu yaxınlarda BMT İnsan Hüquqları Şurasının 53-cü sessiyası çərçivəsində təşkil olunan toplantılara qatılmaq üçün Cenevrəyə gediblər. İrandakı son etirazlarla əlaqədar təşkil edilən fakt-araşdırma missiyasının sədri Sara Hüseyn həmin iclasda missiyanın fəaliyyəti ilə bağlı ilk dəfə açıqlama verib.

Təbrizlinin dediklərinə görə, "fakt-araşdırma komitəsi işini çox ciddi yürüdür. Onlar, o etirazların qurbanları, insan haqları pozuntularına şahid olan insanlar və olaylarla bağlı şikayətləri olan şəxslər ilə danışmaq istətirlər. Eyni zamanda, insan haqları qurumlarından da əməkdaşlıq gözləyirlər ki, hər qurum öz fəaliyyət bölgəsindən olan insanların komitə ilə irtibatlarını təmin etsin."

Missiyanın sədri Sara Hüseyn İnsan Haqları Şürasının iclasında deyib ki, "biz etirazlar zamanı tətbiq edilən insan haqları pozuntularının azlıq icmalar üzərindəki qeyri-mütənasib təsiri haqqında iddiaları lazımi qaydada araşdıracağıq."

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG