Accessibility links

ABŞ Ticarət Departamenti Azərbaycanda kommersiya arbitrajı üzrə təlim keçirib


ABŞ Ticarət Departamenti Azərbaycanda kommersiya arbitrajı üzrə təlim keçirir (Mənbə: ABŞ səfirliyi)
ABŞ Ticarət Departamenti Azərbaycanda kommersiya arbitrajı üzrə təlim keçirir (Mənbə: ABŞ səfirliyi)

İyulun 14-dən 16-dək ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı Azərbaycan Vəkillər Kollegiyası ilə birgə Kommersiya Arbitrajı üzrə üç günlük təlim keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, tədbirdə 50-dən çox hüquq məsələləri üzrə azərbaycanlı mütəxəssisinin hazırlanması üçün beynəlxalq ekspertlər iştirak edib.

“Missiya rəhbərinin müavini vəzifəsini icra edən Endryu Berdi iştirakçıları təbrik edərək, Azərbaycanın investisiyaların cəlb edilməsi və mürəkkəb biznes mübahisələrinin getdikcə daha səmərəli şəkildə həlli istiqamətində səylərinə dəstək məqsədilə keçirilən təlimin əhəmiyyətini qeyd edib”, məlumatda qeyd edilir.

Azərbaycan Vəkillər Kollegiyası ABŞ-ın Kommersiya Departamenti ilə əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində bu il mayın 18-də ABŞ Kommersiya Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi Skip Mark Azərbaycan Vəkillər Kollegiyasında olub.

Görüş zamanı Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, ABŞ-ın arbitraj sahəsində dünyada qabaqcıl təcrübəyə malik mütəxəssisləri ilə ölkəsində təcrübə mübadiləsinin aparılması, xüsusilə də vəkillər üçün təlimlərin keçirilməsi əhəmiyyətli olar.

CLDP-nin nümayəndəsi Skip Mark Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını qeyd edib.

İlk dəfə olaraq 2019-cu ilin iyulunda Azərbayanın Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində kommersiya arbitraj məhkəmələri təşkil edilib.

XS
SM
MD
LG