Accessibility links

İsraildə Milli Müqavimət Günündə kütləvi etirazlar


İsrailin hər yerində on minlərlə etirazçı İsrail hökumətinin planlaşdırdığı məhkəmə islahatlarına etiraz olaraq Milli Müqavimət Günü elan edildikdən sonra yolları bağlayıb, nəqliyyatın hərəkətini çətinləşdirib və polislə toqquşub.

Çərşənbə axşamı Milli Müqavimət Günündə İsrail hökumətinin məhkəmə sistemini əsaslı şəkildə dəyişdirmək və Ali Məhkəmənin səlahiyyətlərini ləğv etmək planına qarşı çıxan on minlərlə israilli küçələrə çıxıb.

Onlar bütün ölkədə yolları bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar. İsrailin mərkəzində bir etirazçı avtomobillə vurularaq ağır yaralanıb. Polis bunun yol qəzası ola bildiyini deyib.

Baş nazir Benyamin Netanyahunun sağçı hökuməti hakimiyyəti Ali Məhkəmədən alıb hökumətə verəcək ilk qanun layihəsini irəli sürdükdən sonra nümayişçilər Müqavimət Gününün keçirilməsinə çağırıblar.

Təklif edilən bir dəyişikliyə əsasən, İsrail parlamenti Knesset Ali Məhkəmənin qərarlarını sadə səs çoxluğu ilə ləğv edə bilər.

Qanunvericilik bir neçə aydır dayandırılmışdı, lakin bu həftə hökumət yenidən hərəkətə keçib və Knessetin ayın sonunda tətilə çıxmasından əvvəl onu qəbul etmək istədiyini bildirib.

Etirazlar Netanyahunun islahatları ilk elan etdiyi vaxtdan altı aydır davam edir. Amma indi minlərlə pilot, kibermüharibə mütəxəssisi, kəşfiyyat işçiləri və elit birləşmələrinin döyüşçüləri də daxil olmaqla, İsrail ordusunun ehtiyatda olan artan sayda zabiti qanunvericiliyin qəbul ediləcəyi təqdirdə artıq ehtiyatda xidmət etməyəcəklərini bildiriblər.

XS
SM
MD
LG